
2019 cu ilin Dekabr ayında Çinin Hubei əyalətindəki Vuhan şəhəri, yalnız Çin daxilində deyil, beynəlxalq miqyasda da diqqəti artıran naməlum səbəbdən pnevmaniya xəstəliyinin yayılmasının mərkəzinə çevrildi. Çin səhiyyə orqanları xəstəliyi xarakterizə etmək və nəzarət etmək üçün təcili bir araşdırma apardı, o cümlədən xəstəliyə şübhəli bilinən insanların təcrid olunması, yaxından izlənilməsi, xəstələrdən epidemioloji və klinik məlumatların toplanması və diaqnostik müalicə prosedurları aparıldı. Və 7 yanvar 2020 ci ildə Çin alimləri Vuhandakı xəsətələrdə yeni bir virus – korona virus (CoV) aşkarladılar.
Koronaviruslar heyvanlarda aşkar edilə bilən geniş bir virus ailəsidir. ”Zoontik virus” (heyvandan insana keçə bilmək deməkdir). Heyvanlar arasında yayılan koronaviruslar zaman keçdikcə insana yoluxma qabiliyyəti qazandılar. İnsanlar arasında yayılması dünyada ciddi təhdit yaratdı.Virus Çində olmaqla yanaşı Yaponiyada, Tayvanda, Cənubi Koreyada, Taylandda, ABŞ- da, Vyetnamda, Sinqapurda da rast gəlinmişdir. Koronavirusla yoluxanlarda 2-14 gün inkubasiya dövründən sonra yüksək hərarət, öskürək, tənəffüs yetməzliyi ilə özünü biruzə verir.
Hələki Azərbaycanda xəstəliyin yayılması ilə bağlı bir vəziyyət yoxdur.
Özünüzü xəstəliklərdən qoruyun!
A novel coronavirus outbreak of global health concern. 24.01.2020. THE LANCET journal
https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(20)30185-9/fulltext