All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Amilam

Tormozlayıcı, nootrop, neyrometabolik vasitə

TƏRKİBİ:

  • QAYT – 200 mq
  • Qlisin – 200 mq
  • Qlütamin – 20 mq
  • Vitamin B1 – 1,1 mq
  • Vitamin B2 – 1,4 mq
  • Vitamin B5 – 6 mq
  • Vitamin B6 – 1,4 mq
  • Vitamin B12 – 2,5 mkq
  • Biotin – 50 mkq

FARMAKOLOJİ TƏSİRİ:

Amilamın tərkibindəki QAYT – MSS-in tormozlayıcı neyromediatoru
olub, neyronlarda oyanmış impulsların ötürülməsinin qarşısını alır. Həmçinin, beyinin metabolizmində vacib rol oynayır.
Qlisin – metabolik maddə olub, beyində maddələr mübadiləsini yaxşılaşdırır, qoruyucu tormozlanma proseslərini aktivləşdirir, psixo-emosional gərginliyi aradan qaldırır, əqli qabiliyyəti yüksəldir, sedativ və antidepressant təsir göstərir.
Qlütamin – əvəz olunmayan aminturşu olub, qlütamin turşusuna çevrilərək, qanda qlükozanın səviyyəsi aşağı olduqda neyronları enerji ilə təmin edir. Eyni zamanda detoksikator və immunostimulyator təsirlərinə də malikdir.
B qrupu vitaminlər – neyrotrop vitaminlər olmaqla, sinir toxumasında tənəffüsü və enerji hasilatını artırmaqla, neyronların regenerasiyasını sürətləndirir, sinir keçiriciliyini yaxşılaşdırır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

1 tablet gündə 1 dəfə qəbul olunur.

GÖSTƏRİŞLƏR:

  • Uşaqlarda sinir-reflektor gərgin vəziyyət
  • Yuxu pozğunluğu
  • Oyanıqlıq və emosional qeyri-stabillik ilə
    müşayiət olunan xəstəliklər
  • Nevroz və nevrozabənzər hallar
  • Epilepsiyanın kompleks müalicəsi

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı individual həssaslıq

Buraxılış forması: tablet №30
İstehsalçı: Polisano – İtaliya