All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Funqan

Antifunqal vasitə

TƏRKİBİ:

Flukonazol – 150 mq

FARMAKOLOJİ TƏSİRİ:

Flukonazol – triazol qrupundan olan antifunqal vasitə olub, selektiv olaraq, göbələk hüceyrəsinin divarında olan erqosterolun sintezini inhibə edir. Flukonazol Candida spp., Microsporum spp., Cryptococcus neoformans, Trichopyton spp. cinsli göbələklərə qarşı həssasdır. Flukonazol 90% biomənimsənilməyə malikdir. Qida qəbulu preparatın mənimsənilməsinə təsir göstərmir. Qana sorulduqdan sonra flukonazol orqanizmin bütün orqan və toxumalarına yayılır. Preparatın T-½ dövrü – 30 saatdır. Flukonazol molekulasının 80%-i dəyişilməmiş şəkildə böyrəklərlə xaric olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Sutkada 1 kapsul FUNQAN qəbul olunur. Qəbul müddəti xəstəliyin xarakteri və ağırlıq dərəcəsindən asılı olaraq seçilir.

GÖSTƏRİŞLƏR:

  • Göbələk infeksiyalarının profilaktikası (kimyəvi və şüa müalicəsindən sonra, antibiotikoterapiya)
  • Genital kandidoz (kəskin və residivləşən)
  • Selikli qişanın kandidozu (o cümlədən ağız boşluğunun)
  • Dəri mikozu (o cümlədən pəncə və qoltuqaltı nahiyənin mikozu, onixomikoz, dəri kandidozu)
  • Generalizəolunmuş kandidoz (o cümlədən gözün, tənəffüs yollarının, sidikçıxarıcı orqanların kandidozu)
  • Kriptokokkoz (o cümlədən kriptokokk meningiti, dəri və ağciyər lokalizasiyalı kriptokokkoz)

ƏKS GÖSTƏRİŞLƏR:

Flukonazola və triazol qrupuna qarşı olan həssaslıq, hamiləlik, laktasiya dövrü.

Buraxılış forması: 150 mq kapsul №1

İstehsalçı: İ.E. ULAGAY – Türkiyə