TƏRKİBİ:
Qlütation – 600 mq
FARMAKOLOJİ TƏSİRİ:
Glutad – qlütation tərkibli tripeptid olub, qlisin, sistein və qlütamin turşusundan ibarətdir. Qlütation orqanizmdə ən güclü antioksidant olub, bütün hüceyrə və toxumalarda mövcuddur. Orqanizmdə bir çox həyati vacib reaksiyaların baş verməsində bilavasitə iştirak edir. Qlütation oksidləşmənin qarşısını almaqla, hüceyrələrin sərbəst radikalların təsiri nəticəsində zədələnməsinin qarşısını alır. Qlütation yalnız sərbəst radikalları deyil, eyni zamanda toksiki maddələri də neytrallaşdırmaqla, detoksikator və hepatoprotektor funksiyalarını da yerinə yetirir. Bu proses əsasən qaraciyər hüceyrələrində baş verir. Qlütation həmçinin, trombolitik, antiaterosklerotik, damar genəldici xüsusiyyətə də malikdir. Bir sıra faktorların təsiri nəticəsində orqanizmdə qlütationun səviyyəsi aşağı düşür: qeyri-düzgün qidalanma, alkoqol və narkotik maddələrdən istifadə, bəzi dərman maddələri, siqaretçəkmə və s. Eyni zamanda yaşla əlaqədar olaraq da, orqanizmdə qlütationun səviyyəsi aşağı düşür. Qlütation eyni zamanda immun sistemin güclənməsində də iştirak edir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Glutad gün ərzində 1-2 flakon olmaqla, ə/d, v/d damcı və ya şırnaq üsulu ilə istifadə olunur.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparata qarşı həssaslıq
Buraxılış forması: 600 mq flakon №10+4 ml ampul №10
İstehsalçı: Perrery – İtaliya