Nervonorm
Tərkibi:
Pişikotu – 210 mq
Mayaotu qozaları – 52,5 mq
Melissa – 52,5 mq
Dazıotu – 35 mq
Farmakoterapevtik qrupu:
NERVONORM yuxuyagetməni asanlaşdıran sedativ təsirə malik bitki mənşəli preparatdır. Onun tərkibində olan aktiv maddə emosional gərginliyi azaldır və yuxuyagetmənizə yardım edir.
Farmakoloji xüsusiyyətləri:
Pişikotu – sedativ, yuxugətirici və spazmolitik təsir göstərməklə yanaşı, ürəyin yığılma qabiliyyətini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır.
Mayaotu qozaları – sakitləşdirici, yuxugətirici və ağrıkəsici təsir göstərməklə yanaşı, iltihabəleyhinə, qıcolmaəleyhinə və zəif işlədici təsir göstərir.
Melissa – tərkibindəki efir yağlarının zənginliyi hesabına xoş iyə və dada malikdir. Sedativ, yuxugətirici, spazmolitik, diuretik təsir edir. Eyni zamanda antiaritmik təsir etməklə ürək ritmini tənzimləyir, arterial təzyiqi normallaşdırır.MBT-ın motorikasını yaxşılaşdırır, ödqovucu təsir edir.
Dazıotu – tərkibi hiperisin, efir yağları, flavionidlər ilə zəngindir. Antidepressant, yuxugətirici təsirləri vardır.
İstifadəsinə göstərişlər:
Preparatın komponenetlərindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya).
12 yaşdan kiçik uşaqlarda dərmanın istifadəsi tövsiyyə olunmur. Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.
Əlavə təsirləri:
Bütün dərmanlarda olduğu kimi, bu dərman da əlavə təsirlərin yaranmasına səbəb ola bilər, lakin bu təsirlər bütün şəxslərdə yaranmır.
Tövsiyyə olunan dozalarda belə təsirlər demək olar ki, yaranmır. Sporadik əlavə təsirlərə daxildir: pişikotu (valerian) köklərinə qarşı tolerantlığın pozulması, mədə-bağırsaq pozulmaları, zəiflik, dərisi solğun pasiyentlərdə işığa qarşı həssaslığın artması.
İstifadə qaydası:
Böyüklərdə və yeniyetmələrdə: gündə 3 dəfə 1 kapsul, əzmədən, ən azı ½ stəkan su ilə qəbul olunmalıdır.
Yuxuya asan getmək üçün dərmanı yatmağa getməzdən yarım saat və ya bir saat öncə qəbul edin. 3 həftədən çox qəbul etməyin.
Buraxılış forması: № 60 bərk kapsul
İstehsalçı: Adamed, Polşa

- Nevroz, nevrasteniya, fobiyalar
- Yuxu pozğunluğu
- Yüngül depressiyalar
- Kardionevroz (aritmiya,taxikardiya), hipertoniya
- Menstrual spazmalar, klimakterik nevroz
- Mədə- bağırsaq diskineziyası və spastik ağrılar
- Neyrodermit