Baktiqram
BAKTİQRAM oral suspenziya hazırlamaq üçün qranullar
Beynəlxalq patentləşdirilməmiş adı: Cefaclor
Tərkibi
5 ml suspenziyanın tərkibində 250 mq susuz sefaklora ekvivalent olan 263 mq sefaklor monohidrat vardır.
Farmakoterapevtik qrupu
II nəsil sefalosporin qrupu antibiotikləri.
Farmakoloji xüsusiyyətləri
Daxilə qəbul üçün geniş təsir spektrinə malik ikinci nəsil sefalosporin qrupu antibiotikdir. Bakteriya hüceyrəsinin divarını inhibə etməklə bakterisid təsir göstərir.
İstifadəsinə göstərişlər
– tənəffüs sisteminin infeksiyaları – pnevmoniya, bronxit, xroniki bronxit, faringit və tonzilitin kəskinləşməsi;
– orta qulağın bakterial mənşəli iltihabı (otit);
– dəri və yumşaq toxumanın infeksiyası;
– böyrək və sidikçıxarıcı yolların infeksiyaları, pielonefrit, sistit;
– burunətrafı ciblərin iltihabı (sinusit);
– sidik kanalının bakterial mənşəli iltihabı (qonokokk mənşəli uretrit).
Əks göstərişlər
Əgər sizin sefaklora, sefalosporin qrupundan olan digər antibiotiklərə və ya bu dərman maddəsinin hər hansı bir komponentinə qarşı allergiyanız varsa, Baktiqramı qəbul etməyin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləliyi planlaşdırırsınızsa və ya hamiləlik və laktasiya zamanı bu dəman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçıyla məsləhətləşin.
Əgər həkim tərəfindən təyin olunmayıbsa, Baktiqramı hamiləlik vaxtı istifadə etmək olmaz.
Laktasiya dövründə bu dərman preparatını ehtiyatla istifadə edin.
İstifadə qaydası və dozası
Uşaqlar: 20 mq/kq sutkada, hər 12 saatdan bir qəbul edilir. Ağır infeksiyalarda (məs. orta otit) tövsiyyə olunan doza 40 mq/kq sutkada. Maksimal sutkaliq doza 1 q-dır.
Əlavə təsirlər
Allergik reaksiya, övrə, diareya
Buraxılış forması
Oral suspenziya üçün qranullar, 100 ml-lik flakonda . 1 flakon ölçü qapağı və ya şpris və içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.
İstehsalçı
Facta Farmaceutici S.p.A.İtaliya