Salipra
Tərkibi: (2.5 ml-də:)
İpratropium bromid-0,5mq
Salbutamol-2.5mq
Farmakoloji təsiri:
İpratropium bromid-antixolinergik dərman qrupuna aid olub, bronxodilatator təsir xüsusiyyətinə malikdir. İpratropium bromid bronxgenəldici təsir göstərməklə, ağciyərlərdə hava axınını yaxşılaşdırır və nəfəs alıb-verməni yüngülləşdirir.
Salbutamol-β-adrenergik dərman qrupuna aid olub, selektiv β-2 adrenoreseptor aqonistidir-ürək əzələsindəki β-1 adrenoreseptorlara təsir göstərmir. Bronxgenəldici təsir xüsusiyyətinə malikdir.
İpratropium bromid və salbutamol hava yolların genişləndirici təsirini fərqli mexanizmlər vasitəsilə göstərirlər. Hər ikisi birlikdə tənəffüs yollarının əzələlərini boşaldaraq, ağciyərlərə hava axınını artırır. Bu iki maddənin birlikdə kombinasiya şəklində istifadə edilməsi, hər bir maddənin tək olaraq istifadəsi nəticəsində əldə ediləndən daha çox bronxgenəldici təsir eldə etməyə imkan verir.
Salipra bronxospastik sindromla müşahidə olunan və birdən çox dərmana ehtiyac olan hallarda istifadə olunur.
Göstərişlər:
• Bronxospastik sindrom, o cümlədən:
-ağciyərlərin xronik obstruktiv xəstəliyi (AXOX)
-bronxial astma
-KRX fonunda
-emfizema
-cərrahi əməliyyat zamanı
Əks göstərişlər:
Komponentlərə qarşı individual həssaslıq
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Salipra hamiləlik və laktasiya dövründə həkimin risk və fayda nisbətini qiymətləndirməsindən sonra istifadə olunur.
Qəbul qaydası və dozalanma:
6 yaşdan kiçik uşaqlarda 0.5-1 ml ;
6-12 yaş uşaqlarda 1-2 ml ;
12 yaşdan böyük uşaqlarda və böyüklərdə 2.5ml (1 flakon) olmaqla, gündə 3-4 dəfə istifadə olunur. SALİPRA inhalyasiya məhlulundan istifadə fizioloji məhlulla durulaşdırılaraq, nebulayzer (püskürdücü) ilə yerinə yetirilir. .
Buraxılış forması: 2.5 ml-lik təkdozalıq flakon№20
İstehsalçı: VEM ilac-Türkiyə