Solket
Tərkibi :
ketoprofen lizin duzu 80 mq
Farmakoterapevtik qrupu:
Qeyri steroid iltihab əleyhinə preparat
Farmakoloji xüsusiyyətləri:
Qeyri steroid iltihab əleyhinə preparatların təsir mexanizmi, siklooksigenazanı ingibə edərək prostaqlandinlərin sintezində pozması ilə əlaqələndirilir.
SOG-1 və SOG-2 (siklooksigenaza -1,-2) fermentini inhibə etməklə, prostoqlandinlərin sintezini azaldır. Antibradikinin aktivliyə malik olmaqla, lizosomal membranları stabilləşdirir və xroniki iltihab zamanı onlardan toxumanı dağıdan fermentlərin azad olmasını ləngidir. Neytrofillərin aktivliyini tormozlayır, sitokinlərin ifrazını azaldır.
Göstərişləri:
Əks göstərişləri:
Hər hansı bir komponentə qarşı allergiya(yüksək həssaslıq), aspirinə və ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı allergiya.
Astma və ya astma tutmaları, kəskin allergik rinit (burun selikli qişasının uzun müddətli olmayan iltihabı), burun polipləri(allergiyaya hesabına baş verən burun törəmələri), səpgilər (dəri səpgiləri), angionevrotik ödem(üzün, gözlərin, dodaqların şişməsi və ya tənəffüsün çətinləşməsi.
Peptik xora/mədə və ya bağırsaq qanaxması və ya əvvəllər keçirilmiş mədə və ya bağırsaq qanaxması, peptiki xora və ya perforasiya.
Hamiləlik, laktasiya.
Əlavə təsirləri:
Ürəkbulanma və /və ya qusma, allergik reaksiyalar.
İstifadə qaydası:
Böyüklər: 1 saşe (80 mq) toz gündə 3 dəfə yemək zamanı
Uşaqlar 6-14 yaş: ½ saşe (40 mq) toz gündə 3 dəfə yemək zamanı
Buraxılış forması: № 30 saşe
İstehsalçı: Aesulapius, İtaliya

- Diş ağrısı, qulaq ağrısı
- Dayaq- hərəkət sisteminin iltihabi degenerativ xəstəlikləri (revmatoid artrit, qeyri-spesifik spondiloartrit, osteoartroz, podaqra artriti, tendinit, bursit, kapsulit)
- Müxtəlif mənşəli ağrı sindromlarında (əməliyyat sonrası, travmatik, işialgiya, mialgiya, radikulit, əzələ dartılması və s.)
- Alqodismenoreya (ağrılı menstrual tsikl)
- Kəskin respirator infeksiyalar (qrip, zökəm, tonzillit, laringit, traxeit, sinusit, faringit)