Molkovir
Tərkibi : Hər bir kapsulun tərkibində 400 mq molnupiravir var.
Farmakoterapevtik qrupu: Virus əleyhinə preparatdır
Farmakoloji xüsusiyyətləri: Virus RNT – polimerazanın inhibitorudur. Molnupiravir hüceyrələrdə aktiv ribonukleosid trifosfat (NHC-TP) əmələ gətirən N-hidroksisitidin (NHC) ribonukleosid törəməsidir. NHC-TP viral “yalnış-məhv” kimi tanınan bir mexanizmlə işləyir. NHC-TP virusun RNT- polimerazası vasitəsi ilə virusun RNT-ə daxil olmaqla, virus genomunda səhvlərin toplanmasına gətirib çıxarır və bu, virusun replikasiyasının inhibə edilməsinə səbəb olur. Molnupiravir Koronavirus, o cümlədən SARS, MERS və SARS-CoV-2 (Covid -19) müxtəlif variantlarına qarşı aktivdir. Molnupiravir ağciyərlərin funksiyasını yaxşılaşdırır və ağciyərlərdə virusun sayını azaldır.
Göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşdan kiçik şəxslər
Əlavə təsirləri:
İshal, ürəkbulanma, baş ağrısı,dəridə səpgilər müşahidə oluna bilər.
Hamiləlik: Molnupiravirin hamilə qadınlar tərəfindən istifadəsi ilə bağlı heç bir məlumat yoxdur. Reproduktiv yaşda olan qadınlar müalicə boyu və molnupiravir dozasını qəbul etdikdən sonra 4 gün ərzində kontraseptiv üsullardan istifadə etməlidirlər.
Laktasiya dövrü: Molnupiravirin hər hansı komponentinin ana südündə olub-olmadığı, və ya ana südü ilə qidalanan uşaqda meydana gəldiyi məlum deyil.
İstifadə qaydası:
2 kapsul (800 mq) səhər, 2 kapsul (800 mq) axşam daxilə qəbul olunur. Müalicə müddəti 5 gün.
Buraxılış forması: № 10 kapsul
İstehsalçı: Optimus Pharma Private Limited, Hindistan

- Koronavirus (Covid -19) infksiyası
- SARS,MERS və SARSCoV-2 (Covid-19) –nin müxtəlif variantları (delta,qamma və myu)
- Mövsümi qrip və quş qripi infeksiyası
- Respirator-sensitial virus infeksiyası
- Ebola virusu və Çikunquya virusu infeksiyası
- Venesuella at ensefaliti virusu infeksiyası