Viravir
Tərkibi : Favipiravir 400 mq
Buraxılış forması : № 20 tablet
Klinik farmakoloji qrupu : Antivirus preparat.
Farmakoloji xüsusiyyətləri :RNT viruslarının RNT -ə bağlı RNT polimerazının seçici və güclü inhibitorudur.
İstifadəsinə göstərişlər :
Virus əleyhinə preparatların təsir etmədiyi yeni növ Corona viruslar
Dozalanması :
1 ci gün 1600 mq ( 4 tab) gündə 2 dəfə ( səhər 4 tab ,axşam 4 tab )
2-5 günlər 600 mq (1 tab və ½ tab ) gündə 2 dəfə ( səhər 1.5 tab , axşam 1.5 tab)
Müalicə kursu 5 gündür.
Farmakokinetikası :
Doza | C max | AUC | T max | T 1\2 | |
1600 mq/ 600 mq BİD | 1 ci Gün | 64.56 ( 17.2 ) | 446.09 ( 28.1) | 1.5 (0.75, 4) | 4.8+,-1.1 |
6 cı Gün | 64.69 (24.1) | 553.98 (31.2) | 1.5 (0.75.2) | 5.6+,-2.3 |
Yemək və içəcəklərlə heç bir əlaqəsi yoxdur.
Əks göstərişləri:
Hamiləlik
Laktasiya vaxtı laktasiyanı dayandırmaq lazımdır
Uşaqlar
Əlavə təsirləri :
Şok ,anidən başlayan ciddi alergik reaksiya ( dil şişməsi ,nəfəs darlığı , udmanın çətinləşməsi )
Steven Johnson sindromu ( dəri üzərində su qabarcıqları şəklində infeksiya)
Toksik epidermal nekroliz
Yuxarıda yazılan yan təsirlərdən hər hansı biri baş verərsə preparatın qənulu dayandırılmalı və həkimə müraciət olunmalıdır.
Saxlanılması : 25 o C – dən aşağı otaq temperaturunda saxlanılmalıdır.
İstehsalçı ölkə : Hindistan