Tonade
Tərkibi:
1 tabletin tərkibində 5 mq tadalafil vardır
Farmakoterapevtik qrupu:
Potensiyanı tənzimedici
FDE-5 inhibitoru
Farmakoloji xüsusiyyətləri:
Tadalafil, siklik quanozin monofosfat (sQMF) – xüsusi fosfodiesteraza növü 5 (FDE5)-in, selektiv, geri dönən inhibitordur. Cinsi stimulyasiya azot oksidinin yerli olaraq azad olunmasına səbəb olduqda, Tadalafil tərəfindən FDE5-in inhibə edilməsi kavernoz cisimdə sQMF səviyyəsinin artmasına səbəb olur. Bu, saya əzələlərinin relaksasiyasına və penis toxumalarına qanın axınına və bununla da ereksiyaya səbəb olur.
Göstərişlər:
Əks göstərişlər:
Bu dərman vasitəsi cinsi fəaliyyətin yolverilməz olduğu ürək xəstəliyi olan kişilərdə istifadə edilməməlidir. Müalicə həkimləri əvvəlcədən mövcud olan ürək- damar xəstəliyindən əziyyət çəkən xəstələrdə cinsi aktivliyin potensial ürək riskini nəzərə almalıdır.
İstifadə qaydası:
Erektil Disfunksiya
Yetkin kişilərdə Tadalafilin maksimal qəbulunun (məs. ən azı həftədə iki dəfə) nəzərdə tutulduğu xəstələr üçün tövsiyə edilən doza, günün təxminən eyni vaxtında olmaqla gündə bir dəfə 5 mq şəklindədir. Gündəlik rejimin davam edilməsinin məqsədə uyğunluğu dövri olaraq yenidən qiymətləndirilməlidir.
Prostat vəzin xoşxassəli hiperplaziyası zamanı istifadə
Gündəlik bir dəfə istifadə üçün tövsiyə olunan doza, hər gün təxminən eyni vaxtda qəbul etməklə 5 mq şəklindədir.
Erektil disfunksiya və prostat vəzin xoşxassəli hiperplaziyası zamanı istifadə Gündəlik bir dəfə istifadə üçün tövsiyə olunan doza, cinsi fəaliyyət vaxtının planlaşdırılması nəzərə alınmadan, hər gün təxminən eyni vaxtda qəbul etməklə 5 mq şəklindədir.
Buraxılış forması:
28 tablet, blisterdə. (7tablet X 4 blister)
İstehsalçı:
ILDONG PHARMACEUTICALCO., LTD., Koreya

- Erektil disfunksiyanın (ED) müalicəsi:
- Prostat vəzin xoşxassəli hiperplaziyasının (PXH) əlamət və simptomlarının müalicəsi