
Areagin

Angioflux

Aminoselect

Candiflan

Cifrol D3
Sifrol D3 oral suspenziya hazırlamaq üçün toz
Tərkibi; Təsiredici maddə: 1 saşedə 60000 BV xolekalsiferol vardır.
Farmakoterapevtik qrupu; Kalsium və fosfor mübadisini tənzimləyici
Farmakoloji xüsusiyyətləri; Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir
və ürək damar sisteminin funksiyasının qorunmasında vacib rol oynayır. Əlavə olaraq immun
gücləndirici, iltihab əleyhinə və antioksidant təsirləri vardır. Vitamin D səviyyəsinin normal
dəyərlər aralığında olan şəxslərdə respirator infeksiyalara yoluxma nisbəti azdır.
İstifadəsinə göstərişlər
- Sifrol D3 preparatı vitamin D çatışmazlığın qarşısını alır.
Hipokalsemik tetaniyalar.
- Osteomalyasiya. Osteoporoz
Malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər
- Xroniki bağırsaq xəstəlikləri
Yorğunluq. Depressiya.
- İmmundefisit vəziyyətlər.
Əks göstərişlər
Preparatın tərkibindəki xolekalsiferolvə ya hər hansı digər bir maddəyə qarşı yüksək həssaslıq
olduqda.Qanda və ya sidikdə kalsiumun miqdarı yüksək olduqda. Böyrəklərdə kalsium tərkibli
daşlar olduqda.D vitamininin miqdarı çox olduğu halda. Ateroskleroz olduqda. Ağır böyrək
çatışmazlığında.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər, hamiləsiz və ya südəmər uşağınız varsa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə
məsləhətləşin. Hamilə olduğunuz zaman həkiminiz Sifrol D3 preparatı təyin edərsə, təyin olunan
dozanı diqqətlə nəzərdə saxlayın. Laktasiya dövründə Vitamin D və onun metabolitləri ana
südünə nüfuz edir. Uşaq əlavə D vitamini qəbul edirsə , doza nəzərə alınmalıdır.
Buraxılış forması; № 10 saşe
Əlavə təsirlər; hipervitaminoz fonunda baş ağrısı, ürəkbulanma, diareya, ağızda quruluq,
allergik reaksiya
İstehsalçı; Brawn Laboratories Limited, İndia

CiproVista

EraPlus

Glutad

Levoksiqram

LizoVista

Magnechelat

Maxipen

Molkovir

MultiComp

Multifolico DHA

Neo-Rectol

Nevronorm

Odeston

Primofloks

Rabebrawn

Solket

Tauretina

Tazeracin

Tonade
