All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Adenoplex

Metabolik vasitə

TƏRKİBİ:

Toz ampul:
Kokarboksilaza (B1) – 38 mq
Piridoksin (B6) – 300 mq
Sianokobalamin (B12) – 0.5 mq

Həlledici ampul:
Lidokain-hidroxlorid – 10 mq

FARMAKOLOJİ TƏSİRİ:

Kokarboksilaza – orqanizmdə tiaminin (B1) çevrilmə məhsulu olan kofermentdir. Karboksilləşmədə iştirak edən karboksilaza fermentinin tərkibinə daxildir. Nuklein turşularının, zülalların, karbohidratların əmələ gəlməsində iştirak edir. Bundan əlavə, kokarboksilaza süd turşusunun miqdarını azaldır, qlükozanın mənimsənilməsini artırır, toxumaların bərpa qabiliyyətini artıır. B6 proteinlərin metabolizmində, qismən də karbohidratların və yağların metabolizmində iştirak edir.
Hər iki vitaminin fizioloji funksiyası bir-birinin təsirini artırmaqdır ki, bunun da sayəsində sinir, sinir-əzələ və ürək-damar sisteminə mü sbət təsir gö stərir. Sinir toxumasının trofikasını yaxşılaşdırır.
B12 mielin qişanın sintezində iştirak edir, hemopoezi stimulə edir, periferik sinir sisteminin zədələnməsi ilə əlaqədar olan ağrı hissini azaldır, fol turşusunu aktivləşdirmək yolu ilə nuklein mü badiləsini stimulə edir. Lidokain yerli anestetik vasitədir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Məsləhət olunan gündəlik doza həkim təyinatı ilə 1-2 ampuldur. Məhlul istifadə etməzdən az öncə hazırlanır. Həlledici içərisində toz olan ampula steril şpris vasitəsilə əlavə olunur və çalxalanır.

GÖSTƏRİŞLƏR:

  • Nevrit, nevralgiya, polineyropatiya (diabetik, alkoqol,
    vərəm və s)
  • Üz siniri, üçlü sinir və qabırğaarası sinirlərin nevralgiyası
  • Pleksopatiya, radikulopatiya
  • Göz xəstəlikləri (keratit, irit)
  • ÜİX, kardiomiopatiya, xroniki ürək çatmamazlığı
  • Metabolik toksikozlar (diabetik, hamiləlik, asfiksiya, hipoksik ensefalopatiya, sepsis, asidoz vəziyyətləri)
  • Xəstəliklərdən sonra bərpa dövrü

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı individual həssaslıq.

Buraxılış forması: toz ampul №5+həlledici ampul №5
İstehsalçı: Biologici Laboratories -İtaliya