TƏRKİBİ (1000 ml):
L-izoleysin – 5.6 q
L-valin – 6.4 q
L-leysin – 8.8 q
L-metionin – 8.8 q
L-lizin – 9 q
L-histidin – 2.6 q
L-triptofan – 2 q
Treonin – 4 q
L-fenilalanin – 8.8 q
FARMAKOLOJİ TƏSİRİ:
Aminoren əvəz olunan və əvəz olunmayan aminturşu tərkibli, infuzion yeridilmə üçün nəzərdə tutulmuş kompleks preparatdır. Preparat böyrəklərin funksiyası pozulmuş xəstələrdə qanda azotun miqdarını azaldır, sidik cövhərinin ekskresiyasını asanlaşdırır və aminturşu səviyyəsini normallaşdırır. Bundan başqa böyrək çatışmazlığı ilə müşayiət olunan xəstələrdə nevroloji statusu yaxşılaşdırır, böyrək mənşəli ensefalopatiyanın
simptomlarını azaldır. Aminoren uroloji əməliyyatlardan sonra xəstələrin aminturşulara olan tələbatını ödəyir. Aminoren böyrək funksiyası pozulmuş xəstələr tərəfindən yaxşı mənimsənilir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Kəskin və xronik böyrək çatışmazlığı olan xəstələrdə gündəlik doza 5 ml/kq məsləhət görülür. Hemodializ olunan xəstələrdə doza 10 ml/kq təyin olunur. Preparatın köçürülmə sürəti 20 damcı/dəq-dir.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, hiperhidratasiya, hiponatremiya, xronik ürək çatışmazlığı, hamiləlik və laktasiya dövrü.
Buraxılış forması: flakon – 250 ml
İstehsalçı: Galenicasenese – İtaliya