All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Aminoselect – 8%

Metabolik vasitə

TƏRKİBİ (1000 ml):

Qlisin – 9 q
L-izoleysin – 9 q
L-valin – 8.4 q
L-leysin – 11 q
L-arginin – 6 q
L-lizin – 8.6 q
L-histidin – 2.4 q
L-metionin – 1 q
L-alanin – 7.5 q
L-triptofan – 0.76 q
L-fenilalanin – 1q
L-prolin – 8 q
L-treonin – 4.5 q
L-serin – 5 q

FARMAKOLOJİ TƏSİRİ:

Aminoselect əvəz olunan və əvəz olunmayan aminturşu tərkibli, infuzion yeridilmə üçün nəzərdə tutulmuş kompleks preparatdır. Preparat qaraciyərin funksiyası pozulmuş xəstələrdə qanda azot balansını və aminturşu səviyyəsini normallaşdırır. Bundan başqa qaraciyər çatışmazlığı ilə müşayiət olunan xəstələrdə nevroloji statusu yaxşılaşdırır, qaraciyər ensefalopatiyasının
simptomlarını azaldır. Aminoselect qaraciyər funksiyası pozulmuş xəstələr tərəfindən yaxşı mənimsənilir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Preparat 1-1,25ml/kq/saat sürətlə v/d damcı üsulu ilə təyin olunur, hansı ki, bu miqdar 0,08-1q/kq/saat təşkil edir. Maksimal doza 18,75q/kq/sutdır,
yəni 70 kq xəstə üçün 1300 ml/sut-dir. Həkim təyinatı ilə parenteral qidalanma aminturşu metabolizmi normallaşana qədər istifadə olunması məsləhətdir.

GÖSTƏRİŞLƏR:

  • Kəskin və xronik qaraciyər çatışmazlığı
    (həmçinin, ensefalopatiya müşahidə olunarsa)
  • Qaraciyər koması
  • İnfeksion və toksik hepatit
  • Qaraciyər sirrozu
  • Qaraciyərin piy distrofiyası

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı hiperhəssaslıq, hiperhidratasiya, hiponatremiya, xronik
ürək çatışmazlığı, xronik böyrək çatışmazlığı, hamiləlik, laktasiya.

Buraxılış forması: flakon-250 ml
İstehsalçı: Galenicasenese – İtaliya