TƏRKİBİ:
Kapsul – sulodeksid 250 LRU (lipoproteinlipazanın ifraz olunma
aktivliyinin vahidi);
FARMAKOLOJİ TƏSİRİ:
Sulodeksid qlükozaminqlükanın təbii qarışığı olub, tez təsirli heparinəbənzər
fraksiyadan (80%) və dermatansulfatdan (20%) ibarətdir. Sulodeksidin təsir mexanizmi hər iki fraksiyanin birgə təsirinə əsaslanır:
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Angiofluks inyeksiya gündə 1 dəfə ə/d və ya v/d yeridilir. Angiofluks kapsul gündə 2 dəfə olmaqla, 1 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Müalicə 15-20 gün ərzində parenteral yeridildikdən sonra, 30-40 gün ərzində daxilə qəbul edilməklə, davam etdirilir. Müalicə kursu ildə ən azı 2 dəfə aparılmalıdır. Həkimin təyinatından asılı olaraq, dozanın həcmi və tezliyi dəyişdirilə bilər.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq, heparin və heparinoidlərə qarşı həssaslıq, hemorragik diatez və hipokoaqulyasiya ilə müşayət olunan digər xəstəliklər, hamiləliyin I trimestri.
Buraxılış forması: ampul №10 + kapsul №50
İstehsalçı: Aesculapius Farmaceutici – İtaliya