TƏRKİBİ:
100 q dozada:
Xlorheksidin biqlükonat – 0.24 mq/0.120 q
Tetrakain hidroxlorid – 0.12 mq/0.060 mq
FARMAKOLOJİ TƏSİRİ:
Xlorheksidin geniş təsir spektrinə malik antiseptik maddədir. Xlorheksidin bakterisid və bakteriostatik təsir göstərir. O qram (+) və qram (-) bakteriyalara qarşı geniş təsir spekrtli antibakterial xüsusiyyətə malik olub, həmçinin Candida albicansa qarşı fəaldır. Xlorheksidin Streptococcus mutans-a qarşı çox fəaldır. Streptococcus salivarius və anaerob bakteriyalara qarşı isə xüsusilə aktivdir. Streptococus spp. Proteus spp., Pseudomona sspp., Klebsiella spp., Veillonella spp. kimi mikroorqanizmlərə qarşı az effektivlik göstərir. Tetrakain yerli keyləşdirici xüsusiyyətə malikdir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
10-15 yaş uşaqlara 1-2 püskürtmə olmaqla, gündə 3 dəfə, 15 yaşdan yuxarı uşaqlara və böyüklərə 1-2 püskürtmə olmaqla, gündə 6 dəfə istifadə olunur. Preparatı nəfəsi saxlamaqla, ağızın və boğazın selikli qişasına püskürtmək lazımdır. Müalicə müddəti 5 gündən artıq olmamalıdır.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Buraxılış forması: flakon – 25 ml
İstehsalçı: Natur Product – Niderland