All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Antiangin

Antiseptik vasitə

TƏRKİBİ:

Xlorheksidin diasetat – 2 mq
Tetrakain hidroxlorid – 0.2 mq
Askorbin turşusu – 50 mq

FARMAKOLOJİ TƏSİRİ:

Xlorheksidin – geniş təsir spektrinə malik antiseptik maddədir. Xlorheksidin bakterisid və bakteriostatik təsir göstərir. O qram (+) və qram (-) bakteriyalara qarşı geniş təsir spekrtli antibakterial xüsusiyyətə malik olub, Candida albicansa qarşı fəaldır. Xlorheksidin Streptococcus mutans-a qarşı çox fəaldır. Streptococcus salivarius, Escherichia coli və anaerob bakteriyalara qarşı isə xüsusilə aktivdir. Streptococus spp. Proteus spp., Pseudomona sspp., Klebsiella spp., Veillonella spp. kimi mikroorqanizmlərə qarşı az effektivlik göstərir.
Tetrakain – yerli keyləşdirici xüsusiyyətə malikdir.
Askorbin turşusu – immun reaksiyaların güclənməsində iştirak edir. Kapilyar keçiriciliyini azaltmaqla, ağız və əsnəyin selikli qişasının iltihabını və ödemini azaldır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

  • 5-10 yaş uşaqlarda – 4 saat fasilə ilə gündə 3 tablet;
  • 10-15 yaş uşaqlara -3 saat fasilə ilə gündə 4 tablet;
  • 15 yaşdan yuxarı uşaqlara və böyüklərə 2 saat fasilə ilə gündə 6 tablet istifadə olunur.

GÖSTƏRİŞLƏR:

  • Zökəm, sinusit, angin
  • Stomatit. Gingivit
  • Faringit. Laringit
  • Tonzillit. Tonzillolaringit
  • Diş ekstraksiyasından sonra
  • Tonziloektomiyadan əvvəl və sonra

ƏKS GÖSTƏRİŞLƏR:

  • Komponentə qarşı individual həssaslıq
  • 5 yaşa qədər uşaqlar
  • Hamiləliyin I trimestri

Buraxılış forması: sorma tablet №20
İstehsalçı: Natur Product – Niderland