All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Antunes

Urodinamika korrektoru

TƏRKİBİ:

Tamsulozin xlorid – 0,4 mq

FARMAKOLOJİ TƏSİRİ:

Tamsulozin – alfa-adrenoblokator olub, selektiv olaraq, prostat vəzidə, sidik kisəsinin boynunda və uretranın prostatik hissəsində olan alfa 1a adrenoreseptorları blokada edərək, prostat vəzin, sidik kisəsinin boynunun və uretranın prostatik hissəsinin saya əzələlərinə təsir etməklə, prostat vəzin xoşxassəli hiperplaziyası zamanı sidik axınını yaxşılaşdırır, sidikçıxarıcı yollarda obstruksiya və qıcıqlanma simptomunu aradan qaldırır. Tamsulozin yüksək selektivliyə malik olub, alfa 1b adrenoreseptorlara nisbətən damar divarında olan alfa 1a adrenoreseptorları 20 dəfə artıq blokada etmək xüsusiyyətinə malikdir. Ona görə də tamsulozin arterial təzyiqə demək olar ki, təsir göstərmir. Adətən terapevtik effekt müalicədən 14 gün sonra müşahidə olunur. Bəzi insanlarda ilk gündən simptomların azalması müşahidə olunur. Qaraciyərdə metabolizmə uğrayır, nəticədə aktiv metabolitlər əmələ gəlir, hansı ki, adrenoreseptorlara həssaslıqlarını itirmirlər.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Gün ərzində 1 kapsuldan 1 dəfə səhər yeməyindən sonra qəbul olunur.

GÖSTƏRİŞLƏR:

  • Prostat vəzin xoşxassəli hiperplaziyası

ƏKS GÖSTƏRİŞLƏR:

  • Preparatın tərkibinə daxil olan komponentə qarşı həssaslıq
  • Ağır qaraciyər çatışmazlığı
  • Ortostatik hipotenziya

Buraxılış forması: kapsul №20
İstehsalçı: So.Se.PHARM – I?taliya