All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Astenomirt

Retinoprotektor, antioksidant, sitoprotektor, görmə korrektoru

TƏRKİBİ:

Taurin – 100 mq
Qaragilə (antosianidi) – 100 mq
Zəfəran (karotinoidi) – 10 mq

FARMAKOLOJİ TƏSİRİ:

Taurin – kükürd tərkibli aminturşudur. Göz almasının trofik xüsusiyyətini, enerji mübadiləsini yaxşılaşdırır, retinoprotektor və katarakta əleyhinə təsir göstərir.
Qaragilə ekstraktı – tərkibi kalium, maqnizium, fosfor, dəmir, rutin, A, C, B1, B6, PP vitamini və müxtəlif minerallarla zəngin olan bitkidir. Qaragilə ekstraktı görmə orqanının funksional vəziyyətini yaxşılaşdırır, görmə itiliyini artırır, göz almasının qişalarının mikrosirkulyasiyasını tənzimləyir, damar divarını möhkəmləndirir, artmış gözdaxili təzyiqi azaldır. Qaragilə ekstraktı yüksək antioksidant təsirə malik olmaqla, göz almasının qişalarını sərbəst radikalların zərərli təsirindən qoruyur.
Zəfəran (karatinoidlər) gözü zərərli işıqlardan qoruyur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

1 flakon gündə 1 dəfə qəbul olunur.

GÖSTƏRİŞLƏR:

  • Görmə itiliyinin zəifləməsi (miopiya, hipermetropiya, ametropiya)
  • Keratit, keratopatiya, laqoftalm
  • Göz almasının və torlu qişanın distrofik zədələnməsi
  • Xəstəliklərdən sonra bərpa dövrü
  • Damar patologiyalarının kompleks müalicəsində (qlaukoma, katarakta).
  • Gözə düşən yükün artması zamanı (çox işıqlı yerlərdə, kompyuter və sükan arxasında uzun müddət olmaq)

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı individual həssaslıq

Buraxılış forması: flakon – 10 ml
İstehsalçı: Biodue – İtaliya