All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Bactigram

II nəsil sefalosporin qrupu antibiotik

TƏRKİBİ:

Təsiredici maddə:
5 ml suspenziyanın tərkibində 250 mq susuz sefaklora ekvivalent olan 263 mq sefaklor monohidrat vardır.

FARMAKOLOJİ TƏSİRİ:

Daxilə qəbul üçün geniş təsir spektrinə malik II nəsil sefalosporin qrupu antibiotikdir. Bakteriya hüceyrəsinin divarını inhibə etməklə, bakterisid təsir göstərir. Membran transpeptidaz-larını asetilləşdirərək, hüceyrə divarının möhkəmliyi və rigidliyi üçün vacib olan peptidoqlikanların çarpaz əlaqəsini pozur. Qram (-) bakteriyalara (Escherichia coli, Haemophilus in?luenzae, Salmonella spp., Shigella spp., Proteus mirabilis, Klebsiella spp., Neisseria gonorrhoeae), qram (+) bakteriyalara (Staphylococcus spp., Streptococcus spp.), аnaerob bakteriyalara (Peptostreptococcus spp., Bacteroides spp.) qarşı yüksək aktivliyə malikdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Əgər hamiləliyi planlaşdırırsınızsa və ya hamiləlik və laktasiya zamanı bu dəman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçıyla məsləhətləşin. Laktasiya dövründə bu dərman preparatını ehtiyatla istifadə edin.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Böyüklər: 250 mq hər 8 saatdan bir gündə 3 dəfə qəbul olunur. Yüksək doza daha ciddi infeksiyalar zamanı istifadə oluna bilər. Tövsiyə olunan maksimal doza sutkada 2 q-dır.
Birdəfəlik doza sutkada 2 dəfə (ölçü qapağı və ya şpris ilə):
8 kq-a qədər – 150 mq (3 ml)
8 -16 kq – 300 mq (6 ml)
16 – 21 kq – 400 mq (8 ml)
21 kq-dan çox – 500 mq (10 ml)

GÖSTƏRİŞLƏR:

Baktiqram preparatı həssas bakteriyalar tərə?indən törədilən
aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur:

  • tənəffüs sisteminin infeksiyası – pnevmoniya, bronxit, xroniki bronxit, faringit və tonzilitin kəskinləşməsi
  • orta qulağın bakterial mənşəli iltihabı (otit)
  • dəri və yumşaq toxumanın infeksiyası
  • böyrək və sidikçıxarıcı yolların infeksiyası, pielonefrit, sistit
  • burunətrafı ciblərin iltihabı (sinusit)
  • sidik kanalının bakterial mənşəli iltihabı (qonokokk mənşəli uretrit)

ƏKS GÖSTƏRİŞLƏR:

Pasientin sefaklora, sefalosporin qrupundan olan digər antibiotiklərə və ya bu preparatın hər hansı bir komponentinə qarşı allergiyası

Buraxılış forması: flakon – 100 ml, ölçü qapağı və ya şpris
İstehsalçı: Aesculapius Farmaceutici – İtaliya