All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Banemol

İnhalyasiya üçün qlükokortikosteroid tərkibli kombinəolunmuş vasitə

TƏRKİBİ:

Budesonid – 400 mkq
Formoterol fumarat – 12 mkq

FARMAKOLOJİ TƏSİRİ:

Budesonid qlükokortikosteroid olub, inhalyasiyadan sonra qısa zaman ərzində (bir neçə saat) bronxlarda iltihabəleyhinə təsir göstərərək, bronxial astma tutmalarının tezliyini və simptomlarını aradan qaldırır, sistem şəklində istifadə olunan qlükokortikosteroidlərdən fərqli olaraq, yan təsirlər minimuma enir. Budesonid bronxların selikli qişasında ödemi aradan qaldırır, bəlğəmim əmələ gəlməsinin qarşısını alır. Təsir effekti bir neçe saat ərzində başlayır. Formoterol-B-2 adrenoreseptorların selektiv aqonisti olub, bronxodilatator təsir göstərir. Təsir effekti inhalyasiyadan 1-3 dəqiqə sonra başlayıb, 12 saat ərzində öz təsirini saxlayır. Terapevtik effekt 2-21 sutka ərzində müşahidə olunur. Budesonidin formoterolla kombinasiya şəklində olması bronxial astmanın simptomlarını aradan qaldırır, ağciyərlərin funksiyasını yaxşılaşdırır, xəstəliyin kəskinləşmə tezliyini azaldır və monoterapiya ilə müqayisədə daha effektiv vasitədir. Bronxial astma xəstələrində həm tutma zamanı, həm də saxlayıcı terapiya zamanı (6-12 aya qədər) istifadə olunur. Preparata qarşı tolerantlıq müşahidə olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

12 yaşdan böyüklərdə aerozol vasitəsilə 1 doza olmaqla, gün ərzində 1-2 dəfə istifadə olunur.

GÖSTƏRİŞLƏR:

  • Bronxial astma (tutmalar zamanı və saxlayıcı terapiya məqsədilə)
  • Ağciyərlərin xronik obstruktiv xəstəliyi (AXOX) (simptomatik terapiya məqsədilə)

ƏKS GÖSTƏRİŞLƏR:

  • Preparatın komponentlərinə qarşı hiperhəssaslıq
  • Tənəffüs orqanlarının
  • vərəmi

Buraxılış forması: toz-kapsul №60
İstehsalçı: Lab. LİCONSA S.A. – İspaniya