TƏRKİBİ (1 q məlhəm):
Betametazon dipropionat – 0.5 mq (0,05%)
Gentamisin sulfat – 1 mq (0,1%)
FARMAKOLOJİ TƏSİRİ:
Betametazon – dipropionat hidrokortizonun sintetik flüor törəməsidir, güclü iltihab-, qaşınma- və allergiyaəleyhinə və damardaraldıcı təsir göstərir. Gentamisin – aminoqlikozid qrupuna aid olan antibiotikdir, aşağıdakı bakteriyalara qarşı fəaldır: Streptococcus spp. (A qrupu – P- və a-hemolitik), Staphvlococcus spp. (Staphylococcus aureus – koaqulazo (+) və koaqulazo (-), həmçinin, penisillinaza hasil edən bəzi ştammlar), qram (-) bakteriyalar: Escherichia coli, Proteus spp., Pseudomonas aeruginosa həmçinin, Klebsiella spp., Enterobacter spp., Serratia spp., Citrobacter spp., Salmonella spp. və Shigella spp. qrupundan olan bakteriyalar.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Müəyyən miqdarda məlhəm dərinin zədələnmiş nahiyəsinə gündə 1-2 dəfə sürtülür. Bir həftə ərzində məlhəmi 45 q-dan artıq fasiləsiz istifadə etmək olmaz. Müalicənin müddəti onun effektivliyindən və terapiyaya dözümlüyündən asılıdır. Müalicənin müddəti 2-4 həftədən çox olmamalıdır.
GÖSTƏRİŞLƏR:
Dərinin quru, iltıhabi vəziyyəti (dermatozlar), ikinci dərəcəli bakterial infeksiya ilə ağırlaşmış və həddindən artıq keratoz, qaşınma ilə müşayiət olunan iltihabi xəstəliklərində:
ƏKS GÖSTƏRİŞLƏR:
Buraxılış forması: məlhəm – 15 q
İstehsalçı: Jelfa – Polşa