All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Brenicetil

Metabolik vasitə

TƏRKİBİ:

Asetil-L-karnitin – 1000 mq/10ml

FARMAKOLOJİ TƏSİRİ:

Asetil-L-karnitin L-karnitinin yüksək enerjili asetilləşmiş forması olub, daha güclü təsirə və yüksək biomənimsənilməyə malikdir. Asetil-L-karnitin metabolik prosesləri stimulə edən maddələr qrupuna aiddir. Anabolik, antihipoksik, regenerativ təsirlərə malik olub, piy mübadiləsini aktivləşdirir, regenerasiyanı stimulə edir, iştahanı artırır. Beləki, asetil-Lkarnitin yağların hüceyrə membranından mitoxondriyə keçməsində vacib rol oynayır ki, burada yağ turşuları oksidləşməyə məruz qalır və nəticədə ATF şəklində çoxlu miqdarda enerji əmələ gəlir. Asetil-L-karnitin yağ və zülal mübadiləsini yaxşılaşdırır, ketoturşuların əmələ gəlməsini zəiflədir, asidozu aradan qaldırır, aerob prosesləri aktivləşdirir, qlikogenin ekonomik paylanmasını, onun əzələlərdə və qaraciyərdə toplanmasını təmin edir, hipoksiyanı aradan qaldırır və sinir toxumasını bərpa edir, toksiki maddələrin toxumalara təsirinin qarşısını alır. Yağların metabolizmi zamanı orqanizmdə bütün həyati proseslər üçün lazım olan enerji əmələ gəlir. Asetil-L-karnitin əzələ aktivliyini artırır, intensiv ?iziki yüklənmələr zamanı və stress vəziyyətlərində bərpa olmanı təmin edir. Asetil-L-karnitin ürək fəaliyyətini stimulə edir və ürəyin enerji ilə təchizatını yaxşılaşdırır, hipoksiyanın təsiri nəticəsində miokardda yaranmış dəyişiklikləri aradan qaldırır, metabolizm nəticəsində toplanmış sərbəst radikalların orqanizmdən xaric olmasına kömək edir. Asetil-L-karnitin həzm şirələrinin ifrazını və fermentativ aktivliyi artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, iştahanı artırır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

0-3 yaş-50mq/kq/sut; 3-6 yaş-500 mq/sut, 6-12 yaş-1000 mq/sut. Preparat per os gündə 1 dəfə qəbul olunur. Qəbul müddəti xəstəliyin gedişatına uyğun müvafiq, individual olaraq seçilir.

GÖSTƏRİŞLƏR:

  • İnsult və KBT
  • ÜİX kompleks müalicəsi
  • Fiziki və əqli inkişafın ləngiməsi ( o cümlədən yaddaş və diqqət pozğunluğu)
  • Yenidoğulmuş və yarımçıqdoğulmuşların hipoksiya, hipotoniya və hipotrofiyası.
  • Ensefalopatiya (hipoksik, işemik, o cümlədən doğuş travması)
  • İnfeksion xəstəliklərin bərpa dövrü
  • USİ-in qalıq əlamətlərinin müalicəsi

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı
individual həssaslıq.

Buraxılış forması: 30 tablet
İstehsalçı: OFİ – İtaliya