All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Celergin

Antihistamin, antieksudativ, iltihabəleyhinə kombinəolunmuş steroid preparat

TƏRKİBİ (1 ml):

Deksxlorfeniramin maleat – 0.4 mq
Betametazon – 0.05 mq

FARMAKOLOJİ TƏSİRLƏRİ:

Celergin antihistamin, antieksudativ, iltihabəleyhinə, qaşınmaəleyhinə təsirlərə malikdir.
Deksxlorfeniramin maleat – alkilaminin törəməsi olub, H1-histamin reseptorlarını blokada edir. Allergik reaksiyaların gedişatını yüngülləşdirir və əmələ gəlməsinin qarşısını alır. Antiallergik, qaşınmaəleyhinə, antieksudativ təsirlərə malikdir. Kapilyarların keçiriciliyini azaldır, ödemi və sayə əzələlərin spazmını aradan qaldırır. Mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir. Bronxial astmalı xəstələrdə bronxial ağacın histamin ifrazına qarşı yaranan hiperreaktivliyini azaldır. Qəbulundan 10-30 dəqiqə sonra terapevtik effekti meydana çıxır.
Betametazon – sintetik kortikosteroiddir. Hüceyrə sitoplazmasında spesifik reseptorlar ilə əlaqəyə girərək, lipokortinin sintezini artırır. Hansı ki, fosfolipaza A2, intihabi mediatorların, leykotrienlərin, prostoqlandinlərin sintezini inhibə edir. Makrofaqların iltihabi ocağa miqrasiyasını və onların faqositar aktivliyini azaldır. Nəticədə, damarın keçiriciliyi azalır, mikrosirkulyasiya artır, eksudasiya azalır. Allergiyaya səbəb olan mediatorların sintezini və sekresiyasını azaldaraq, sensibilləşmiş bazofil və toskun hüceyrələr tərə?indən histaminin atımını tormozlayaraq, allergiyaəleyhinə təsir edir. Beləliklə, az sutkalıq dozada betametazon iltihabəleyhinə, allergiya əleyhinə, antieksudativ təsir edir.

2-6 yaş – 1,25 ml gündə 3 dəfə;
6-12 yaş – 2,5 ml gündə 3 dəfə;
12 yaşdan yuxarı və böyüklərə – 5 ml gündə 3 dəfə

GÖSTƏRİŞLƏR:

  • LOR orqanlarının infeksion-allergik xəstəlikləri: mövsümi pollinozlar (bitki tozcuqlarına qarşı), il boyu davam edən allergik rinit (patogenetik terapiya), allergik rinosinusopatiya, allergik faringit
  • LOR orqanların üzərində aparılan cərrahi əməliyyatlar (tonziloektomiya, rinoplastika)
  • Aşağı tənəffüs orqanlarının allergik və infeksion-allergik xəstəliklərinin kompleks müalicəsi: müalicəyə çətin tabe olan xroniki bronxit, bronxial astma
  • Dəri xəstəliklərinin kompleks müalicəsi: dermatoz, ekzema, atopik dermatit, radiasion dermatit, günəş və kontakt dermatit, neyrodermit, psoriaz
  • Övrə
  • Gözün iltihabi-allergik xəstəlikləri: allergik konyuktivit, xroniki konyuktivit, allergik blefarit
  • Günəş yanıqları

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı individual həssaslıq

Buraxılış forması: sirop – 120 ml
İstehsalçı: EMS – İtaliya