All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Difosfocin

Nootrop preparat

TƏRKİBİ:

Sitikolin – 1000 mq/4 ml

FARMAKOLOJİ TƏSİRİ:

Sitikolin – beynin əsas fosfolipidi olan fosfotidilxolinin sintezində iştirak etməklə, neyronların zədələnmiş membranını bərpa edir. Membran stabilləlləşdirici təsirə malik olmaqla, sitikolin ödem əleyhinə təsir göstərir, bununla da beyin ödemini azaldır. Sitikolin fosfalipazanı ingibə etməklə, sərbəst radikalların əmələ gəlməsini blokada edir. Nəticədə işemiya zamanı sərbəst radikalların təsirindən fosfotidilxolinin parçalanmasının qarşısını alır. Sitikolinin tərkib hissəsi olan xolin asetilxolinin tərkibinə daxildir, hansı ki bu maddə yaddaş, diqqət, qavrama kimi koqnitiv funksiyaların formalaşmasında vacib rol oynayır. Sitikolin insultun kəskin fazasında zədələnmə sahəsini azaldır, xolinergik ötürücülüyü yaxşılaşdırır. Sitikolin kəllə-beyin travmaları zamanı koma müddətini qısaldır, nevraloji simptomları azaldır. Hipoksiya zamanı da beyin simptomlarının – yaddaşın zəifləməsi, emosional labillik və s. – azalmasına səbəb olur. Sitikolin degenerativ və damar mənşəli koqnitiv, hissi və hərəki pozğunluqların müalicəsində effektiv vasitədir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Praparat 1000 mq dozada gündə 2 dəfə olmaqla, əzələ daxili, vena daxili şırnaq üsulu ilə yavaş sürətlə (5 dəq ərzində), və ya damcı üsulu ilə (dəq-də 40-60 damcı) yeridilir. Bütün növ izotonik həlledicilərdən istifadə etmək mümkündür (o cümlədən qlükozanın hipertonik məhlulundan). İnsult və kəllə-beyin travmalarının kəskin dövründə 3-7 gün müddətində v/d damcı üsulu, daha sonra isə v/d şırnaq və ya əzələ daxili üsulu ilə müalicənin davam etdirilməsi məsləhət görülür.

GÖSTƏRİŞLƏR:

  • İşemik insultun kəskin dövrü
  • İşemik və hemorragik insultun bərpa dövrü
  • Kəllə-beyin travması-kəskin və bərpa dövrü
  • Xronik beyin qan dövranı pozğunluqları və onların fəsadlaşmaları
  • Beyində degenerativ dəyişikliklər və damar pozğunluqları nəticəsində yaranan koqnitiv funksiyanın pozulmaları (yaddaş, qavrama , nitq)

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentə qarşı individual həssaslıq, 18 yaşa qədər olan uşaqlar. 

Buraxılış forması: 4 ml-lik ampul № 3
İstehsalçı: Aesculapius Farmaceutici – İtaliya