TƏRKİBİ:
Xlorheksidin diqlükonat
Beta-qliserritin turşusu
Alfa-ketaqlütarin turşusu
Süd turşusu
Gənəgərçək yağı
Çay ağacı yağı
FARMAKOLOJİ TƏSİRİ:
Xlorheksidin diqlükonat – geniş təsir spektrinə malik antiseptik maddə olub, qram (+), qram (-) bakteriyalar və Candida cinsindən olan göbələklərə qarşı həssasdır.
Beta-qliserritin turşusu – iltihabəleyhinə və virusəleyhinə təsir xüsusiyyətlərinə malikdir. İltihabəleyhinə xüsusiyyəti betaqliserritinin
qlükosteroid hormonların əmələ gəlməsində dolayı yolla iştirakı ilə əlaqədardır.
Alfa-ketaqlütarin turşusu – antioksidant təsir xüsusiyyətinə malikdir.
Süd turşusu – müxtəlif proseslərin, o cümlədən antibiotiklər, hormonal kontraseptivlərin təyini fonunda uşaqlıq yolunda dəyişilmiş PH-ı bərpa edir, quruluğu aradan qaldırır. Süd turşusu həmçinin, patogen mikro?loranın inkişafının qarşısını alır.
Gənəgərçək yağı – antibakterial,
antivirus, antifunqal və yumşaldıcı
effekt göstərir. Çay ağacı yağı – vaginanın selikli qişasında olan qızartı, şişkinlik və quruluq hissiyatını aradan qaldırır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Tərkibindəki ekstraktların çökməsinin qarşısını almaq üçün istifadədən öncə flakonu çalxalamaq lazımdır. Flakonun boğaz hissəsindən tutub, klapanı açılana kimi əyib, kanyulyanı tamamilə xaricə çıxardıqdan sonra vaginaya dərin olmaqla, ehtiyatla yeritmək və maye qurtarana qədər flakonu sıxmaq lazımdır.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Buraxılış forması: 140ml flakon (kanyulya ilə) №5
İstehsalçı: Shedir Pharma – İtaliya