TƏRKİBİ (1 saşe):
Təsiredici maddə: 100 mq nimesulid
Köməkçi maddə: Setomakroqol
1000, saxaroza, maltodektrin, limon turşusu, portağal dadı
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası: Nimesulid QSİƏP (qeyri steroid iltihabəleyhinə preparat) olub, sulfonamid qrupuna aiddir. İltihabəleyhinə, ağrıkəsici, və hərarətsalıcı təsirə malikdir. Nimesulid selektiv olaraq, SOG-2-ni inhibə edir.
Farmakokinetikası: Daxilə qəbul edildikdən sonra preparat MBT-dan asanlıqla sorulur, 2-3 saatdan sonra qanda Gmax-a çatır; plazma zülalları ilə birləşməsi 97.5%-dir; T ½ (yarımçıxarılma dövrü – 3-6 saatdır. Histohematik baryeri asanlıqla keçir.
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:
Qlükokortikosteroidlərlə birlikdə istifadəsi mədə-bağırsaq xorasının əmələ gəlməsini qanaxma riskini artırır. Antikoaqulantlarla istifadəsi əks göstərişdir. Diuretiklərin təsirini zəiflədir. APF inhibitorları ilə birlikdə istifadəsi antihipertenziv preparatların təsirini azaldır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
100 mq oral suspenziya üçün qranulalardan ibarət saşe gün ərzində 2 dəfə yeməkdən sonra qəbul olunur. Müalicə müddəti 15 gündən çox olmamalıdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
-Aşağıda sadalanan əlamətlərdən hər hansı biri baş verərsə, istifadəsi dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir:
– Mədə ağrısı, iştahanın azalması, ürəkbulanma, qusma, mədəbağırsaq qanaxması, nəcisin qaralması
– Dəridə səpgi və qızartı
– Xırıltı və təngnəfəslik
– Dəri və gözlərdə sarılıq
– Üzdə və ayaqlarda şişkinlik
– Davamlı yorğunluq
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Buraxılış forması: oral suspenziya üçün saşe №30
İstehsalçı: Aesculapius – İtaliya