All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Ferzym junior

Prebiotik və probiotik

TƏRKİBİ (1 flakon):

Lactobacillus acidophilus LAZ – 1 mlrd
Bifidobacterium animalis subsp. lactis
BLC1 – 1 mlrd
Bifidobacterium infantis Sp37 – 1 mlrd
Bacillus coagulans BC513 – 4 mlrd
FOS – 500 mq
Arı südü – 1.2 mq
Papaya ekstraktı – 100 mq

FARMAKOLOJİ TƏSİRİ:

Ferzym yunior tərkibində laktobakteriyalar, bifidobakte-riyalar, fruktooliqosaxarid, arı südü, papaya ekstraktı olan simbiotikdir. Lactobacillus acidophilus turşuya davamlı ştamlara qarşı (Clostridium, E.Coli, Stapylococcus, Proteus) həssasdır. Bağırsaq mikroflorasını stimulə edir, peristaltikasını normallaşdırır, qaz yaranma prosesinin qarşısını alır, südün həzmini təmin edir.
Bifidobacterium animalis yoğun bağırsaq mühitini təşkil edir, patogen mikrobların qidasına konkurentdir, bağırsaqda iltihabı prosesin qarşısını alır (selikli qişanın ödemləşməsini, infiltrasiyasını ləngidir), Salmonella bakteriyalarına qarşı aktivdir.
Bifidobacterium infantis – ana südünün və suni qidanın parçalanmasını təmin edir, qıcıqlanmış bağırsaq sindromunda geniş istifadə olunur. Nəinki süd türşusu hətta sirkə turşusu ifraz edir, hansı ki, həzmi yaxşılaşdırır və qazların əmələ gəlməsini azaldır.Bifidobacterium infantis – B qrup
vitaminlərin sintezində iştirak edir.
Bacillus coagulans bakteriyaları – Clostridium bakterialarına qarşı həssaslığı var. Patogen və şərti patogen mikroorqanizmləri məhv edərək, laktobasillərin və bifidobakteriyaların inkişafı üçün əlverişli şərait yaradır.
Arı südünün ümumi tonuslandırıcı, immunostimulyator, göbələk əleyhinə təsir edir, hüceyrə mübadiləsinin stimulyatorudur. Ig A–ın sintezini stimulə edərək, Ig E səviyyəsini azaldır, həzm sistemində toplanan toksinləri məhv edir.
Papaya ekstraktı – həzmi yaxşılaşdırır, mədənin turşu-qələvi balansını normallaşdırır. Fruktooliqosaxarid bağırsaqlarda çürümə prosesini azaldır və qıcqırmanı stimulə edərək, qida maddələrinin parçalanmasını stimulə edir. Bağırsağın sorulma prosesini sürətləndirir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

0-1yaş- 1/2 flakon gündə 1 dəfə
1-6 yaş-1/2 flakon gündə 1-2 dəfə
6-12 yaş -1 flakon gündə 1 dəfə

GÖSTƏRİŞLƏR:

  • Adi civzə

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

Buraxılış forması: 8 ml flakon №10

İstehsalçı: Specchiasol – İtaliya