All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Fibramix

Hormonal disbalansı aradan qaldırmaq üçün təbii vasitə

TƏRKİBİ:

Vitex agnus castus – 324 mq
Novruzgülü çiçəyinin yağı – 1000 mq:
Qamma-linolen turşusu – 100 mq
Vitamin E – 20 mq

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Vitex agnus castus – hipofizdə D – 2 dofamin reseptorlarını stimulə edərək, hiperprolaktenemiyanın qarşısını alır. Eyni zamanda qonadotropinlərin sintezini stimulə edərək, estrogenprogesteron nisbətini normallaşdırır.
Novruzgülü toxumlarından alınan yağ – doymamış yağ turşusu olan qamma-linolen turşusu və vitamin E-in zəngin təbii mənbəyidir. Qamma-linolen turşusu bir çox steroid hormonların, o cümlədən cinsi hormonların sintezində iştirak edərək, hormonal disbalansı aradan qaldırır. Eyni zamanda “hormonabənzər maddə” olan prostoqlandin E1-in sintezini artırmaqla da hormonların işinə nəzarət edərək, menstrual sikli normallaşdırır, hamiləliyin normal gedişini təmin edir, cinci orqanlarda olan xoşxassəli və bədxassəli şişlərin sorulmasında iştirak edir, PMS və klimakterik dövrün əlamətlərinin aradan qalxmasını təmin edir.
Vitamin E – antioksidant xüsusiyyətə malik olmaqla yanaşı, immuniteti yüksəldir. Reproduktiv funksiyalara müsbət təsir göstərir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Gündə 1-2 kapsul qəbul olunur.

GÖSTƏRİŞLƏR:

  • Sonsuzluq
  • Mastopatiya, hormonal mənşəli fibromioma. Süd vəzi və qadın cinsiyyət orqanlarında olan digər xoşxassəli və bədxassəli şişlərin profilaktika və müalicəsi
  • Endometriozun profilaktika və müalicəsi
  • Menstrual sikl pozğunluqları (amenoreya, oliqomenoreya, dismenoreya və s.)
  • Predmenstrual sindrom. Klimakterik dövr
  • Dəri xəstəlikləri: dermatit, psoriaz, ekzema, dəmrov, yeniyetmələrdə dəri səpgiləri və s.
  • Kişi və qadınlarda cinsi zəiflik

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması: yumşaq kapsul №60

İstehsalçı: Brugherio – İtaliya