All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Fluconazin

Antifunqal vasitə

TƏRKİBİ (1 ml):

Flukonazol – 5 mq

FARMAKOLOJİ TƏSİRİ:

Flukonazol – triazol qrupundan olan antifunqal vasitə olub, selektiv olaraq, göbələk hüceyrəsinin divarında olan erqosterolun sintezini inhibə edir. Flukonazol Candida spp., Microsporum spp., Cryptococcus neoformans, Trichopyton spp. cinsli göbələklərə qarşı həssasdır. Flukonazol 90% biomənimsənilməyə malikdir. Qida qəbulu preparatın mənimsənilməsinə təsir göstərmir. Qana sorulduqdan sonra flukonazol orqanizmin bütün orqan və toxumalarına yayılır. Preparatın T-½ dövrü – 30 saatdır. Flukonazol molekulasının 80%-i dəyişilməmiş şəkildə böyrəklərlə xaric olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Oral və ezofageal kandidozlar:
I gün – 6 mq/kq (1,2 ml/kq) Sonrakı günlər – 3 mq/kq (0,6 ml/kq).
Yenidoğulmuşlar – I gün 5 ml gündə 1 dəfə, sonrakı günlər – 2,5 ml gündə 1 dəfə;
3- 6 aylıq – I gün 5 ml gündə 1-2 dəfə, sonrakı günlər – 2,5 ml gündə 1-2 dəfə;
6 ay- 1 yaş – I gün 5 ml gündə 2 dəfə, sonrakı günlər – 2,5 ml gündə 2 dəfə;
1-3 yaş – I gün 5 ml, gündə 2-3 dəfə, sonrakı günlər – 2,5 ml gündə 2-3 dəfə;
3-6 yaş – I gün 10 ml, gündə 2- 3 dəfə, sonrakı günlər – 5 ml gündə 2-3 dəfə;
6-12 yaş – I gün 10 ml, gündə 3 dəfə, sonrakı günlər – 5 ml gündə 3 dəfə.
Sistem kandidozlar və kriptokokk meningitlər:
İnfeksiyanın ağırlığın-dan asılı olaraq, gün ərzində 6-12 mq/kq (1,2-2,4 ml/kq);
Sitotoksik kimya terapiya və şüa terapiyasından sonra yaranan neytropeniya ilə əlaqədar immuniteti zəifləmiş xəstələrdə kandidozun profilaktikası:
Neytropeniyanın intensivliyindən və müddətindən asılı olaraq, 3-12 mq/kq (0,6- 2,4 ml/kq); Uşaqlarda maksimum gündəlik doza: 400 mq flukonazol (80 ml).
Müalicə klinik simptomların aradan qaldırılması və mikoloji nəticələr zamanı toplanmış materialda maya göbələklərinin aktivliyinin ləğv edilməsinə qədər davam etdirilməlidir.

GÖSTƏRİŞLƏR:

MÜALİCƏ:

  • Oral və ezofageal kandidoz
  • Sistem kandidoz (kandidiemiya, disseminəolunmuş kandidozlar, invaziv kandidozların digər formaları: pulmonar kandidozlar, peritoneal kandidoz, ifrazat sistemi kandidozu)
  • Kriptokokk meningiti
  • QİÇS-li xəstələrdə kriptokokk meningiti
  • Vaginal kandidoz
  • Dərinin göbələk infeksiyası

PROFİLAKTİKA:

  • Bədxassəli neoplazmalı xəstələr;
  • Orqan transplantasiyası;
  • Kimya terapiya və ya şüa terapiyası alan xəstələrdə kandidozun profilaktikası

Buraxılış forması: sirop – 150 ml

İstehsalçı: Hasco-Lek S.A. – Polşa