All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Follux

Fol turşusu

TƏRKİBİ:

Fol turşusu – 400 mkq

FARMAKOLOJİ TƏSİRİ:

Fol turşusu suda həll olunan B qrupu (B9, B6, M) vitaminlərindən biri olub, qanyaranma prosesində, immun sistemin formalaşmasında vacib rol oynayır. Eyni zamanda fol turşusu yeni sağlam hüceyrələrin yaranmasında xüsusilə mühüm rol oynadığı üçün bətndaxili inkişafın normal getməsi üçün vacibdir. DNT –in replikasiyası prosesi fol turşusunun iştirakı ilə baş verir, bu prosesin pozulması bədxassəli şişlərin əmələ gəlmə riskini artırır, bətndaxili inkişaf dövründə müxtəlif inkişaf anomaliyalarının, o cümlədən sinir borusu qüsurlarının yaranmasına səbəb olur. Fol turşusu kişilərdə spermatogenez prosesində də iştirak edir. Fol turşusu eritropoezi stimulə edir – meqablastların tam yetişməsini və normoblastların əmələ gəlməsini təmin edir. Fol turşusu, həmçinin sinir sisteminə müsbət təsir göstərir, əhval-ruhiyyəni yaxşılşdırır, o cümlədən doğuşdan sonrakı depressiyanın aradan qaldırılmasında da mühüm rol oynayır. Qanda homosisteinin səviyyəsini aşağı salmaqla, ÜİX-inprofilaktikasında vacib rol oynayır. Plazma zülalları ilə 100% birləşir. Qaraciyərdə dehidrofolat turşusunun təsiri altında metabolizmə uğrayaraq, tetrahidrofol turşusuna çevrilir. Gmax-a qanda 30-60 dəqiqədən sonra çatır. Böyrəklərdən həm dəyişilməmiş formada, həm də metabolit formasında xaric olunur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

1 tabletdən gündə 1-3 dəfə qəbul olunur.

GÖSTƏRİŞLƏR:

  • Hamiləliyə hazırlıq dövrü
  • Hamiləlik və laktasiya dövrü
  • Anemiya (meqablast anemiya, makrositar hiperxrom anemiya və s.)
  • Kişilərdə sonsuzluğun müalicə və profilkatikası
  • Bir sıra onkoloji xəstəliklər(kolorektal xərçəng, süd vəzi və uşaqlıq xərçəngi və s.)
  • Revmatoid artrit və bir sıra autoimmun xəstəliklər
  • Ürək-damar sistemi xəstəlikləri (ÜİX, ateroskleroz)
  • Mədə-bağırsaq sistemi xəstəlikləri (xronik qastroenterit, q-spesifik xoralı kolit və s.)

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentinə qarşı həssaslıq.

Buraxılış forması: tablet №50

İstehsalçı: Balen – Türkiyə