All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Glutad

Antioksidant, immunomodulyator və detoksikator

TƏRKİBİ:

Qlütation – 600 mq

FARMAKOLOJİ TƏSİRİ:

Glutad – qlütation tərkibli tripeptid olub, qlisin, sistein və qlütamin turşusundan ibarətdir. Qlütation orqanizmdə ən güclü antioksidant olub, bütün hüceyrə və toxumalarda mövcuddur. Orqanizmdə bir çox həyati vacib reaksiyaların baş verməsində bilavasitə iştirak edir. Qlütation oksidləşmənin qarşısını almaqla, hüceyrələrin sərbəst radikalların təsiri nəticəsində zədələnməsinin qarşısını alır. Qlütation yalnız sərbəst radikalları deyil, eyni zamanda toksiki maddələri də neytrallaşdırmaqla, detoksikator və hepatoprotektor funksiyalarını da yerinə yetirir. Bu proses əsasən qaraciyər hüceyrələrində baş verir. Qlütation həmçinin, trombolitik, antiaterosklerotik, damar genəldici xüsusiyyətə də malikdir. Bir sıra faktorların təsiri nəticəsində orqanizmdə qlütationun səviyyəsi aşağı düşür: qeyri-düzgün qidalanma, alkoqol və narkotik maddələrdən istifadə, bəzi dərman maddələri, siqaretçəkmə və s. Eyni zamanda yaşla əlaqədar olaraq da, orqanizmdə qlütationun səviyyəsi aşağı düşür. Qlütation eyni zamanda immun sistemin güclənməsində də iştirak edir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Glutad gün ərzində 1-2 flakon olmaqla, ə/d, v/d damcı və ya şırnaq üsulu ilə istifadə olunur.

GÖSTƏRİŞLƏR:

  • Qaraciyər xəstəlikləri: hepatit, qaraciyərin toksiki zədələnməsi, piy distrofiyası, xolestaz, sirrotik və presirrotik vəziyyət
  • Toksiki maddələrlə, o cümlədən ağır metal duzları, alkoqol və narkotik maddələrlə zəhərlənmə
  • Kimyəvi və şüa terapiyası zamanı
  • Serebrovaskulyar pozğunluqlar. Ensefalopatiya
  • Polineyropatiya (metabolik, diabetik, travmatik və alkoqol mənşəli)
  • Neyroleptik antidepressantlarla müalicə
  • Autoimmun xəstəliklər
  • Nefrit. Böyrək çatışmazlığı. Hemodializli xəstələr
  • Oliqospermiya. Azospermiya
  • Şəkərli daibet. Toksiki zob. Piylənmə
  • Bronxit. Pnevmoniya. Vərəm

ƏKS GÖSTƏRİŞLƏR:

Preparata qarşı həssaslıq

Buraxılış forması: 600 mq flakon №10+4 ml ampul №10

İstehsalçı: Perrery – İtaliya