All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Goladek

Antiseptik, antibakterial, iltihabəleyhinə və immunostimulyator təsirli yerli vasitə

TƏRKİBİ (1 püskürtmə):

Yulaf (beta-qlükan) – 1.90 mq
Laktoferrin – 0.13 mq
Resveratrol – 57 mkq
Exinaseya – 1.90 mq
Propolis – 26.60 mq
Əməköməci – 1.90 mq
Bal – 95 mq

FARMAKOLOJİ TƏSİRİ:

GOLADEK spreyin tərkibi kombinəolunmuş aktiv komponentlərdən ibarətdir. Bu komponentlərin güclü antibakterial, iltihabəleyhinə, bürüyücü və immunostimulyator təsirləri mövcuddur.
Yulaf (beta-qlukan) – immunomodulyator olaraq, ağız boşluğunun hüceyrə immunitetini bakterialara və viruslara qarşı artırır. T-limfositlərin və interferonun sintezini stimulə edir.
Laktoferrin – ana südünün tərkib hissəsidir. Antibakterial, virusəleyhinə, göbələkəleyhinə, iltihabəleyhinə və regenerasiyaedici təsirlərə malikdir. Laktoferrin makrofaqların fəaliyyətini stimulə edir. Viruslarla birləşərək, onların hüceyrə daxilinə keçməsinin qarşısını alır.
Resveratrol – güclü iltihabəleyhinə, antioksidant, antibakterial, göbələkəleyhinə təsirlərə malikdir. İltihabəleyhinə təsirini SOG2 inhibə etməklə, araxidon turşusunun əmələ gəlməsini azaldaraq, təsir göstərir. Yerli istifadə edərək, ağız boşluğunda antivirus və antibakterial təsir edir.
Exinaseya – immunstimulyator bitki olub, orqanizmin müqavimətini artırır. Leykositlərin sintezini artıraraq, faqositozu aktivləşdirir. Nəticədə, xəstəlik törədən bakteriyaları məhv edir. Exinaseyanın qrip və herpes törədicisinə qarşı virusəleyhinə təsiri də müəyyən edilmişdir.
Əməköməci – quru əzabverici öskürəkdə geniş istifadə olunur. Ağız boşluğuna düşərək, xüsusi selik əmələ gətirir. Bu da öz növbəsində selikli qişaları bürüyür və yumşaldıcı təsir göstərir. Bəlgəmin yapışqanlığını aradan qaldırır.
Propolisin antimikrob təsiri çox məşhurdur. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri də vardır.
Bal – ağız boşlugunda qida məhsullarının çürüməsinin qarşısını alır. Güclü immunostimulyatordur.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

1 yaşa qədər: 1 püskürtmə gündə 2 dəfə
1-6 yaş: 2 püskürtmə gündə 2 dəfə
6-12 yaş: 2 püskürtmə gündə 3 dəfə
12 yaşdan yuxarı və böyüklərə:
2 püskürtmə gündə 3-4 dəfə

GÖSTƏRİŞLƏR:

  • Yuxarı tənəffüs yollarının və ağız boşluğunun infeksion-iltihabı xəstəliklərinin müalicə və profilaktikası
  • Stomatit (aftoz, kataral, xoralı, virus mənşəli)
  • Gingivit, parodontoz, qlossit
  • Faringit, laringit
  • Angina (kataral, follikulyar, lakunar)
  • KRVİ- in kompleks müalicəsi
  • Ağız boşluğunda aparılan cərrahi əməliyyatlardan sonra

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

Buraxılış forması: oral sprey -25 ml

İstehsalçı: Shedir Pharma – İtaliya