TƏRKİBİ (100 ml):
Dəmir bisqlisinat – 0,28 q
Vitamin C – 0,30 q
İtburnu meyvəsinin ekstraktı – 0,60 q
FARMAKOLOJİ TƏSİRİ:
Hemifol – dəmir, vitamin C və itburnu meyvəsinin ekstraktından ibarət qida əlavəsidir. Dəmir qanda hemoqlobinin sintezində iştirak edərək, oksigenin nəqlini həyata kecirir, immun sistemin normal fəaliyyət göstərməsini, qalxanabənzər vəzin hormonlarının sintezini təmin edir. Vitamin C güclü antioksidant olub, oksidləşmə-reduksiya proseslərində, fol turşusu, dəmir, kalsium mübadiləsində, steroid hormonların və katexolaminlərin sintezində iştirak edir. İmmun sistemi gücləndirir, viruslara qarşı müqaviməti artırır. İtburnu meyvəsinin ekstrakti immunostimuləedici (hüceyrə və humoral immunitet), iltihabəleyhinə təsirə malikdir. Damarların keçiriciliyini azaldır, toxumaların regenerasiyasını sürətləndirir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
1 yaşa qədər uşaqlar – 2,5 ml gündə 1-2 dəfə;
1-3 yaş uşaqlar – 5 ml gündə 1-2 dəfə;
3-6 yaş uşaqlar – 7,5 ml gündə 1-2 dəfə;
6 yaşdan yuxarı uşaqlar – 10 ml gündə 2 dəfə.
Hemifol yeməkdən 1 saat əvvəl və ya sonra qəbul olunur.
XƏBƏRDARLIQ:
Tövsiyə olunan sutkalıq dozanı aşmaq olmaz.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
Buraxılış forması: sirop – 150 ml
İstehsalçı: İtaliya