All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Imunap

İmmunostimulyator, tonuslandırıcı və polivitamin kompleksi

TƏRKİBİ (5 ml):

Pişik caynağı bitkisi – 25 mq
Exinaseya – 5 mq
Propolis – 26.4 mq
Gəvən bitkisi – 1,9 mq
Arı südü – 1 mq
Vitamin C – 45 mq
Vitamin A – 1600 BV
Vitamin B1 – 0,7 mq
Vitamin B6 – 0,9 mq
Vitamin B12 – 1 mkq
Pantoten turşusu – 6 mq
Fol turşusu – 130 mkq
Biotin – 24 mkq

FARMAKOLOJİ TƏSİRİ:

Pişik caynağı ekstraktı – immunomodulyator, antivirus, antibakterial, iltihabəleyhinə, antioksidant, tonuslandırıcı, sitostatik təsirlərə malikdir. Tərkibindəki aktiv maddə izopteropodin immun hüceyrəsi olan T-limfositləri stimulə edərək, toxumalarda faqositoz prosesini gücləndirərək, immunoqlobulinlərin balansını normallaşdıraraq – immunostimulyator təsir edir. Pişik caynağı ekstraktı virusların DNT strukturunu və replikasiya mexanizmini pozaraq, virusəleyhinə təsir edir.
Exinaseya ekstraktı – immunomodulyator, antibakterial, antivirus və iltihabəleyhinə təsir göstərir. Dezintoksikasion, sedativ və analgetik xüsusiyyətlərə də malikdir. Exinaseya limfa düyünlərin iltihabını azaldır və drenajı asanlaşdırır. Xroniki tonzillit, haymorit, qrip, bronxit və soyuqdəymədə geniş istifadə olunur.
Gəvən ekstraktı – immunomodulyator, tonuslandırıcı, virusəleyhinə, diuretik və antistress xüsusiyyətlərinə malikdir. Gəvən ekstraktı mikroelementlərlə zəngindir. Qan dövranını yaxşılaşdırır, əzələlərin funksiyasını bərpa edir, tonuslandırıcı təsir göstərir. Xroniki infeksion-iltihabi xəstəliklər zamanı yaranan asteniyanın qarşısını alır.
Propolis ekstraktı – antibakterial, antivirus, immunomodulyator, iltihabəleyhinə və antitoksik təsirə malikdir. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları bərpa edən, büzücü, keyidici (analgetik), antioksidant, ümumi gücləndirici və s. təsirləri vardır.
Arı südü – immuniteti yüksəldir, iştahanı artırır, tonuslandırıcı təsir göstərir. Arı südü – antibakterial, antivirus, eyni zamanda sakitləşdirici təsir göstərir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

0-3 yaş – 2,5 ml gündə 1 dəfə
3-6 yaş – 5 ml gündə 2 dəfə
6-12 yaş – 10 ml gündə 2 dəfə
12 yaşdan yuxarı – 5 ml gündə 2 dəfə

GÖSTƏRİŞLƏR:

  • Hipovitaminoz
  • İmmunodefisit hallar
  • İnfeksion xəstəliklərin kompleks müalicəsi
  • İmmun sisteminin zəifləməsi (o cümlədən KRVİ və onun profilaktikası)
  • Xroniki tonzillit və limfadenit, limfadenopatiya
  • Antibiotikoterapiya fonunda
  • Ağır infeksion xəstəliklərdən, əməliyyat və travmadan sonra reabilitasiya dövrü
  • İştahanın zəifləməsi, hipotrofiya
  • Fiziki və psixi gənginlik
  • Dəri və selikli qişaların uzun müddətli sağalmayan yaraları

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq

Buraxılış forması: sirop – 200 ml

İstehsalçı: OFİ -İtaliya