All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Joint Mix

Xondroprotektor

TƏRKİBİ (5 ml):

Qlükozamin
Bosvelliya
Metilsulfonilmetan (MSM)
Zəncəfil, Mentol
Süngər bitkisi (spongilla)

FARMAKOLOJİ TƏSİRİ:

Qlükozamin sulfat – birləşdirici toxumanın qığırdaq, sümük, vətər, bağ, sinovial maye və əzələlərin əsas struktur elementlərindən biridir. Qlükozamin sulfat – qığırdaq toxumasının daha möhkəm və təzyiqə qarşı daha davamlı olmasını təmin edir, dağılmış qığırdaq toxumasını bərpa edir, yeni qığırdaq toxumasının inkişafına səbəb olur. Həmçinin, lizosomal fermentlərin dağıdıcı təsirinin də qarşısını alır. İltihabəleyhinə, ağrıkəsici təsir göstərərək, QSİƏP-a tələbatı azaltmaqla yanaşı, onların oynaqlara toksiki təsirinin də qarşısını alır.
Bosvelliya – bosvelin turşusu ilə zəngin olub, iltihabəleyhinə təsir göstərir, həmçinin, zədələnmə nahiyəsində qan dövranı artırır.
Metilsulfonilmetan (MSM) – kükürd tərkibli təbii üzvi maddə olub, birləşdirici toxumanın, o cümlədən qığırdaq, sümük, vətər, bağların əsas struktur elementlərindən biri olub, kollagenin sintezində iştirak edir.
Zəncəfil – qığırdaqlara qoruyucu təsir göstərərək, destruksiyanın qarşısını alır. Eyni zamanda iltihabəleyhinə və qidalandırıcı təsir göstərir.
Mentol – yerli qıcıqlandırıcı, sərinləşdirici və ağrıkəsici təsir göstərir. Eyni zamanda kremin digər komponentlərinin tərkibinin stabil saxlanmasında iştirak edir.
Süngər bitkisi – tərkibi fosfat və karbohidratlarla zəngindir.Yerli olaraq qan dövranını aktivləşdirir, dəri və dərialti toxumanın regenerasiyasını təmin edir, ağrıkəsici təsir göstərir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Ağrı və ya zədə nahiyəsinə gündə 2-3 dəfə sürtülür (dəri tamlığının pozulmuş nahiyəsinə istifadə etmək olmaz).

GÖSTƏRİŞLƏR:

  • Oynaqların degenerativ- distrofik xəstəlikləri – osteoartroz, osteoartrit, periartrit
  • Onurğanın degenerativ-distrofik xəstəlikləri – osteoxondroz, spondilyoz
  • Osteoparoz (həmçinin klimakterik dövrdə)
  • Travmadan sonra oynaq və bağların zədələnmələri
  • Oynaqlarda aparılan cərrahi əməliyyatdan sonra reabilitasiya dövrü
  • Antibiotikoterapiya fonunda
  • Ağır infeksion xəstəliklərdən, əməliyyat və travmadan sonra reabilitasiya dövrü

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərə qarşı individual həssaslıq.

Buraxılış forması: gel – 75 q

İstehsalçı: Evro-plus – Ukrayna