TƏRKİBİ:
Budesonid – 50 mkq/doza
FARMAKOLOJİ TƏSİRİ:
Budesonid – QKS olub, yerli nazal istifadəsi zamanı iltihabəleyhinə və allergiyaəleyhinə təsir göstərərək, burunun selikli qişasında iltihabı aradan qaldırır, şişkinliyi azaldır, burun tıxanıqlığını aradan qaldırır. Preparat həmçinin, burun polipləri və adenoidlərin müalicəsində effektiv təsir göstərir, eyni zamanda polipektomiyadan sonra poliplərin yenidən əmələ gəlməsinin qarşısını alır. Fosfolipaza A -in ingibitoru 2 olaraq, lipokortinin ifrazını artırır, araxidon turşusunun ifrazını tormozlayır. Neytrofillərin kənari toplanmasının qarşısını alır, iltihabi eksudasiya və sitokinlərin sintezini azaldır, makrofaqların miqrasiyasını azaldır, infiltrasiya vəqranulyasiya proseslərinin intensivliyini azaldır, tosqun hüceyrələrdən iltihab mediatorlarının xaric olmasını tormozlayır (sürətli allergik reaksiya), hansı ki, allergik mənşəli nazal simptomların və xronik rinitin inkişafında vacib rol oynayır. Həmçinin, poliplərin müalicəsində effektiv vasitədir. Terapevtik effekt 2-21 sutka ərzində müşahidə olunur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
12 yaşa qədər uşaqlarda hər burun dəliyinə 1 doza;
12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə hər burun dəliyinə 2 püskürtmə olmaqla, sutka
ərzində 1 dəfə istifadə olunur.
Müalicə müddəti 3 aya qədərdir.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı hiperhəssaslıq, tənəffüs orqanlarının vərəmi.
Buraxılış forması: nazal sprey – 200 doza
İstehsalçı: Mi Pharm – İtaliya