TƏRKİBİ:
1 q gelin tərkibində 10 mq klindamisin (klindamisin fosfat şəkilində) vardır.
Köməkçi maddələr: propilenqlikol, izopropanol, təmizlənmiş su, hidroksipropilsellüloza, natrium hidroksid.
FARMAKOLOJİ TƏSİRİ:
Klindamisin – linkozamid qrupundan olan antibiotikdir. Bakteriostatik təsir göstərir, lakin yüksək konsentrasiyada bakterisid təsir göstərir. Antibakterial təsiri ribosomların 50S – subvahidi ilə əks birləşmə hesabına zülal biosintezinin blokadaya alınmasından və polipeptid zəncirinin pozulmasından ibarətdir. Klindamisin dəri üzərindəki sərbəst yağ turşularının tərkibini azaldır. Klindamisin – bir çox qram (+) və qram (-) bakteriyalara, həmçinin Propionibacterium acnes ştammlarının çox hissəsinə təsir edir. Klindamisin gel formasında əsasən adi civzənin müalicəsində istifadə edilir. Klindamisin adi civzələrin baş verməsinin əsas etioloji faktorlarından biri olan Propionibacterium acnes bakteriya ştammlarının əksəriyyətinin məhv olunmasına kifayət edəcək konsentrasiyada qara civzələrin möhtəviyyatına nüfuz edir. Civzə olan dəridə preparatların klindamisinlə birlikdə istifadə müddəti 6 həftədir. Müalicənin optimal nəticəsi 8 -12 həftədən sonra nəzərə çarpır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Klindasin geli zədələnmiş dəri nahiyəsinə nazik təbəqə şəkilində 2 dəfə – səhər və axşam istifadə olunur.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Buraxılış forması: gel – 30 q
İstehsalçı: Polfa – Polşa