TƏRKİBİ:
1 q məlhəmin (kremin) tərkibində
0.5 mq (0,05%) klobetazol
(klobetazol-propionat şəklində) var.
FARMAKOLOJİ TƏSİRİ:
KLOVEYT – yerli istifadə üçün qlükortikosteroiddir. Neyroillərin kənar toplaşmasının qarşısını alır, iltihab eksudasiyasının və limfokinin istehsalını azaldır, iniltrasiya və qranulyasiya prosesini zəilədərək, yerli iltihabəleyhinə təsir göstərir, şişkinliyi, hiperemiyanı, qaşınmanı və allergik reaksiyaları aradan qaldırır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Dərinin zədələnmiş sahəsinə gündə 1-2 dəfə nazik qatla tətbiq olunur və yüngül masaj vasitəsi ilə dəriyə yeridilir. Müalicə müddəti 3-4 həftədən çox olmamalıdır. Hiperkeratoz zamanı preparatın iltihabəleyhinə təsirini polietilen plyonkalı okklüziv sarğı ilə gücləndirmək olar.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Klobetazola və ya tərkibində olan maddələrə qarşı həssaslıq; Dərinin bakterial, virus və göbələk mənşəli xəstəlikləri; Dəri xərçəngi; Akne vulqaris;Perioral dermatit; Anal və ya genital qaşınma; 6 yaşa gədər uşaqlar; Uzunmüddətli istifadə; Hamiləlik və laktasiya dövrü.
Buraxılış forması: krem – 25 q; məlhəm – 25 q
İstehsalçı: Jelfa – Polşa