TƏRKİBİ:
Dəmir bisqlisinat – 10 mq
Dəmir pirofosfat – 10 mq
Dəmir sulfat – 10 mq
Vitamin C – 70 mq
FARMAKOLOJİ TƏSİRİ:
Dəmir bisqlisinat – bağırsaqlardan aminturşu kimi sorulur. Digər dəmir duzlarından fərqli olaraq, 4 dəfə çox biomənimsənilməyə malik olub, heç bir əlavə təsir (qəbizlik, ishal, qarında ağrılar və s.) törətmir. Asan mənimsənildiyi üçün tez bir zamanda hemoqlobinin normal miqdarını bərpa edir.
Kronoferin tərkibindəki digər dəmir duzları – dəmir pirofosfat və dəmir sulfat fərqli biomənimsənilməyə malik olduqları üçün bağırsaqdan müxtəlif vaxtlarda sorularaq, preparatın tədricən və uzun müddətli təsir göstərməsinə səbəb olur. Dəmir orqanizmdə bir çox funksiyaların həyata keçməsində yaxından iştirak edir:qırmızı qan hüceyrələrinin formalaşması, koqnitiv funksiyanın həyata keçməsi, energetik mübadilə prosesləri, hüceyrələrin bölünməsi və s.
Vitamin C – dəmirin mənimsənilməsini artırır, depolaşmış dəmirin toxumalardan mobilizasiyasını təmin edir. Eritroblastlarda fol turşusu metabolizmini yaxşılaşdırır. Toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar divarını möhkəmləndirir. Güclü antioksidant və antiaqreqant təsirlərə malikdir, orqan və toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Kronofer – 1 tabletdən gündə 2-3 dəfə qəbul olunur. Müalicə kursu 1-3 ay müddətində Hb-nin miqdarının normallaşmasına qədər davam etdirilir
GÖSTƏRİŞLƏR:
Dəmir deisitli anemiya:
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Buraxılış forması: tablet №30
İstehsalçı: SIIT – Italiya