TƏRKİBİ:
Vitamin A (retinol)
Vitamin E (tokoferol)
Liposom fosfolipidlər
Aminturşular (L-prolin,
L-leysin, L-qlisin, L-lizin)
FARMAKOLOJİ TƏSİRİ:
Liposom – suda həll olan fosfolipidlərdən ibarət olub, göz yaşı pərdəsinin ən üst qatını təşkil edən fosfolipidlərin regenerasiyasında iştirak edir. Buynuz qişanı müdaiə edir.
Vitamin A ( retinol palmitat) – toxumada maddələr mübadiləsini tənzimləyən, yağda həll olan vitamindir. Retinol görmə adaptasiyası üçün vacib olan zülali maddə opsini rodopsinə çevirməklə, qaranlıqda görməni təmin edir, görmə sinirinin formalaşmasında iştirak edir.
Vitamin E (alfa-tokoferol) – yüksək antioksidant təsirə malik olan yağda həll olan vitamindir. Vitamin E kapilyar keçiriciliyini yaxşılaşdırır, hipoksiya şəraitində toxumanın dözümlülüyünü artırır. Qlisin – prolin-leysin-lizin – aminturşular olub, görmə orqanının maddələr mübadiləsini, tənəffüsü, enerji təchizatını artırmaqla, toxuma regenerasiyasını sürətləndirir. Görmə sinirinin keçiriciliyini yaxşılaşdırır, görmə itiliyini artırır. Yüksək antioksidant təsirə malik olmaqla, sərbəst radikalların kənarlaşmasında iştirak edir
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Konyuktival kisəyə 1-2 damcı olmaqla, gün ərzində 2-3 dəfə damızdırılır.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı individual həssaslıq.
Buraxılış forması: damcı – 8 ml
İstehsalçı: BIOSOOFT – Italiya