All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Latikort

Yerli istifadə üçün qlükortikosteroid tərkibli vasitə

TƏRKİBİ:

Aktiv maddə:
Hidrokortizon butirat – 1,0 mq (0,1%)

FARMAKOLOJİ TƏSİRİ:

Latikort yerli istifadə üçün qeyrihalogenli qlükortikosteroid vasitədir. Preparat güclü iltihabəleyhinə, ödeməleyhinə, antiallergik, antieksudativ təsirə malikdir, qaşınmanın qarşısını alır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Böyüklərdə: Məlhəm az miqdarda zədələnmiş dəri nahiyəsinə gündə 1-3 dəfə tətbiq edilir. Müalicə dövrü 1-3 həftədir, amma preparatı fasiləsiz 2 həftədən artıq istifadə etmək olmaz. Uz dərisində isə maksimum istifadə müddəti 1 həftədir. Lixeniikasiya və hipertroiya ilə müşayiət olunan xroniki hallarda, məlhəmlə örtülmüş okklüziv sarğılardan istifadə etmək məsləhət görülür. Sarğı hər 24-48 saatdan bir dəyişirilir.

Uşaqlarda: 6 aylıqdan yuxarı olan uşaqlarda dərinin kiçik sahələ-rində gündə 1 dəfə ehtiyatla istifadə edilə bilər.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ:

Latikort preparatının istifadəsi ana üçün olan fayda döl üçün olacaq potensial təhlükədən üstün olduqda mümkündü və qısa müddət ərzində istifadə olunmalıdır. Hamiləliyin I trimestrında istifadə etmək tövsiyə edilmir. Preparatı süd vəzisi nahiyəsində istifadə etmək olmaz!

GÖSTƏRİŞLƏR:

  • Dermatoz, yerli qlükokortikosteroidlərə həssaslıq, həddindən artıq keratinləşmə baş vermiş və allergik mənşəli dəri xəstəlikləri
  • Seboreyalı dermatit
  • Atopik dermatit. Kontakt dermatit
  • Eritrodermiya. Psoriaz
  • Qırmızı qurd eşənəyi
  • Dermatomiozit
  • Ağır qaşınma ilə müşayidə olan dəri xəstəlikləri
  • Həşərat sancması
  • Fotodermatozlar

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı həssaslıq; Bakterial, virus və göbələk mənşəli dəri infeksiyaları; Akne, çəhrayı səpkilər; Perioral dermatit; Dəri törəmələri; 6 aya gədər uşaqlar

Buraxılış forması: məlhəm – 15 q

İstehsalçı: Jelfa – Polşa