TƏRKİBİ:
Meropenem – 0,5 q; 1 q
FARMAKOLOJİ TƏSİRİ:
Geniş təsir spektrli bakterisid təsirli karbapenemqrupuna aid antibakterial preparatdır. Sitoplazmatik membranın səthində penisillinbağlayıcı zülalları özünə birləşdirərək, hüceyrə divarının peptidoqlükan qatının sintezini tormozlayır. Nəticədə, bakteriya hüceyrəsinin məhvinə səbəb olur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Preparat həll edildikdən dərhal sonra istifadə edilməlidir. Həll edildiktən sonra preparatın istifadəyə yararlılıq müddəti 2-8°C temperaturda saxlanıldıqda 6 saatdır. 5 dəqiqə ərzində birbaşa venadaxili və ya 15-30 dəqiqə ərzində infuziya şəklində yeridilir, həlledici kimi müvaiq məhlullardan istifadə edilir. Doza və terapiyanın davametmə müddəti infeksiyanın növündən və ağırlığından asılı olaraq, xəstənin vəziyyətinə müvaiq seçilir.
Böyüklərdə: təklif edilən doza hər 8 saatdan bir 500 mq ilə l000 mq arasındadır. Meningit və ağciyər infeksiyaları ilə əlaqəli kistik ibrozlarda normal doza hər 8 saatdan bir 2 q-dır.
Uşaqlarda: doza yaşa və bədən kütləsinə görə təyin edilir. Normal doza hər 8 saatdan bir 10-20 mq/kq meropenem təşkil edir. Meningit və ağciyər infeksiyaları ilə əlaqəli kistik ibrozlarda isə normal doza hər 8 saatdan bir 40 mq/kq meropenem təşkil edir.
GÖSTƏRİŞLƏR:
Meropenemə qarşı həssas törədicilər tərəindən yaranan infeksion-iltihabi xəstəliklər (monoterapiya və ya digər mikrobəleyhinə vasitələrlə kombinasiyada):
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq; 3 aya qədər körpələr, hamiləlik və laktasiya.
ƏLAVƏ TƏSİRLƏRİ:
Dispepsiya, qaraciyər funksional göstəricilərinin dəyişməsi, arterial təzyiqin enməsi və ya yüksəlməsi, taxikardiya və s. ürək fəaliyyəti pozğunluqları, dizurik əlamətlər, dəridə qaşınma, səpgi və s. allergik əlamətlər, bəzi laborator göstəricilərin dəyişməsi müşahidə edilə bilər.
Buraxılış forması: flakon №1 (v/d və infuziya üçün toz)
İstehsalçı: İ.E.Ulagay – Türkiyə