All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Melafibre

Qəbizlik əleyhinə vasitə

TƏRKİBİ (15 ml):

Laktuloza – 4 q
Fruktooliqosaxarid – 4 q
Inulin – 1,5 mq
Qaraağac – 37,5 mq
Zəncirotu – 37,5 mq
Aloe – 37,5 mq
Vitamin B1 – 1,21 mq
Vitamin B6 – 1,21 mq

FARMAKOLOJİ TƏSİRİ:

Laktuloza – prebiotik və qəbizlik əleyhinə təsir göstərir. Daxilə qəbul etdikdən sonra nazik bağırsaqda onu parçalayan enzimlər olmadığından dəyişilməmiş şəkildə yoğun bağırsağa qədər çatır. Yoğun bağırsağa dəyişilməmiş halda düşən laktuloza yoğun bağırsağın mühiti olan laktobasillər və biidobakteriyalar üçün qidalı mühit olduğundan onların artımına səbəb olaraq, prebiotik effekt verməklə yanaşı, onların təsirindən parçalanaraq, üzvi turşulara çevrilir. Həmin üzvi turşular yoğun bağırsaq boşluğunda osmotik təzyiq və turşuluğu artırır, pH azalır, bağırsağın peristaltikası vəsekresiyası sürətlənir. Laktulozanın təsirindən yoğun bağırsaqda mayenin sorulması zəiləyir. Boşluqda olan maye bərkimiş nəcisi yumşaldır, həcmini artırır. Peristaltikanın artması həcmi artmış və yumşalmış nəcis kütləsinin xaric olmasına səbəb olur. Işlədici effekt 1-3 gün ərzində əhəmiyyətli dərəcəyə çatır. Fruktooliqosaxaridlər və inulin – təbii prebiotik effekt verməklə, yoğun bağırsaq mikrolorasının artımına səbəb olur, həmçinin bağırsaqda çürümə prosesini və normadan artıq qaz əmələ gəlməni ləngidərək, həzmi normallaşdırır. Qaraağac – bürüyücü, iltihabəleyhi, yarasağaldıcı və antimikrob təsirə malikdir. Zəncirotu – ödün yaranmasını (xoleritik) və axımını (xolekinetik) artıraraq, öd çatışmazlığı ilə bağlı qəbizliyi aradan qaldırır. Aloenin – tərkibindəki aloin adlı maddə qəbizlikəleyhinə təsir göstərir. Aloe həmçinin antibakterial, iltihabəleyhinə və regenerasiyaedici təsirlərə malikdir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Doza yaş, diaqnoz və ağırlıq dərəcəsinə görə individual təyin olunur. Preparat səhər yeməyi zamanı daxilə təyin edilir. Disbakterioz zamanı böyüklərə – 15 ml; qəbizlik zamanı – 15-45 ml gündə 1 dəfə təyin olunur.

GÖSTƏRİŞLƏR:

  • Qəbizlik
  • Disbakteriozun kompleks müalicəsi

ƏKS GÖSTƏRİŞLƏR:

Komponeentlərə qarşı hiperhəssaslıq, qalaktozemiya, bağırsaq keçməməzliyi.

YAN TƏSİRLƏRİ:

Diareya, köp və ağrı verə bilər, bu zaman doza azaldılmalıdır.

Buraxılış forması: flakon – 300 ml

İstehsalçı: Shedir Pharma – Italiya