TƏRKİBİ:
Tiokolxikozid – 4 mq/2 ml
FARMAKOLOJİ TƏSİRİ:
Tiokolxikozid – təbii qlikozid olan kolxikoziddən alınan mərkəzi təsirli yarımsintetik miorelaksantdır. Tiokolxikozid onurğa beyini səviyyəsində QAYT reseptorlarını birbaşa aktivləşdirərək, əzələlərin relaksasiyasına səbəb olur. Miax qlisinomimetik təsir fonunda sinir sisteminə müxtəlif səviyyələrdə təsir göstərərək, yerli və eləcə də mərkəzi mənşəli əzələ spazmlarını aradan qaldırır. Preparatın kurareyəbənzər təsiriyoxdur, ilic törətmir, tənəffüs mərkəzinin fəaliyyətini ləngitmir və ürək-damar sisteminə təsir göstərmir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Miax ampul skelet əzələ spazmları və ağrıları zamanı 4 mq dozada gündə 2 dəfə əzələ daxili istifadə olunur. Miax ampulun 3-5 gün ərzində istifadəsi məsləhət görülür.
Fizioterapevtik prosedurlar ilə yanaşı istifadə zamanı arzuolunan miorelaksant effekti əldə etmək üçün preparat prosedurdan 1-2 saat əvvəl istifadə olunmalıdır.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Tiokolxikozidə yaxud kolxikozidə qarşı yüksək həssaslıq, miasteniya, yüngül ilic, 15 yaşa qədər uşaqlar, antikoaqulyantların istifadəsi və qanaxmalara meylik
Buraxılış forması: 2 ml ampul №1
İstehsalçı: Çetinkaya Ilaç Sanaye – Türkiyə