All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

MilSim

Meteorizm əleyhinə vasitə

TƏRKİBİ:

Simetikon – 40 m

q Zeytun yağı

Tokoferol asetat

Retinol palmitat

Koenzim Q

FARMAKOLOJİ TƏSİRİ:

Milsim köpəleyhinə və qazqovucu təsirlərə malik olub, həzm traktının bir çox xəstəliklərində bağırsaqlarda toplanan və ya qida möhtəviyyatının tərkibindəki qazların xarıc olmasını asanlaşdırır. Simetikon qaz qabarcıqlarının səthi gərilməsini azaldaraq, onların partlamasına səbəb olur.

Qabarcıqlardan azad olan sərbəst qazlar bağırsaqlar tərəindən mənimsənilir və ya izioloji yolla xaric olunur.

Milsim klinik olaraq, MBT sorulmur və qidalı maddələrin sorulmasına mane olmur. Uşaq yaşlarında çox rast gələn həzm traktında qazların toplanması nəticəsində meydana çıxan qarında ağrıların və diskomfort hissinin sürətli və effektiv olaraq aradan qalxmasınasəbəb olur. Milsim digər simetikon tərkibli preparatlardan fərqli olaraq, təbii zeytun yağının əsasında hazırlanır. Əlavə inqrediyentləri (zeytun yağı, tokoferol asetat, retinol palmitat və koenzim Q) simetikonun bağırsaqda uzun müddət qalmasına səbəb olaraq, preparatın təsir müddətini artırır və bu da sutkalıq qəbul sayının azalmasına imkan verir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Yenidoğulmuşlar: 20 damcı gündə 1-2 dəfə.

Uşaqlar: 20 damcı gündə 1-3 dəfə.

Böyüklər: 20-40 damcı gündə 2-4 dəfə.

Məhsul yeməkdən sonra və ya həkim tövsiyəsinə uyğun olaraq, qəbul olunur. Damcıları mayedə həll etmək lazımdır

GÖSTƏRİŞLƏR:

  • Dispeptik pozğunluq
  • Meteorizm
  • Aerofagiya
  • Qarında sancı və ağrı

ƏKS GÖSTƏRİŞLƏR:

Tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq.

Buraxılış forması: damcı – 30 ml

İstehsalçı: SIIT srl – İtaliya