All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Multifolico DHA

Polivitamin və mikroelement kompleksi

TƏRKİBİ:

QIRMIZI KAPSUL:
Omeqa-3 (DHA) – 315 mq
Lütein karotinoid – 10 mq
Bacillus coagulans – 2 mld

BƏNÖVŞƏYİ KAPSUL:
Niasin – 22 mq
Vitamin B1–1,4 mq
Vitamin B –1,7 mq 2
Vitamin D –15 mkq
Vitamin B –1,9 mq 6
Fol turşusu – 400 mkq
Vitamin B – 2,5 mkq 12
Pantoten turşusu – 6 mq
Biotin – 35 mkqVitamin E –12 mq
Vitamin C –100 mq
Mis –1,2 mq
Dəmir – 27 mq
Yod – 220 mkq
Manqan – 2,5 mq
Sink – 11 mq

FARMAKOLOJİ TƏSİRİ:

DHA (Omeqa-3) bütün hüceyrə membranların əsas komponenti olub, müxtəlif orqanların inkişafında əsas rol oynayır. DHA koqnitiv funksiyaların, sinir fəaliyyətinin və görmənin inkişafı üçün çox vacibdir.

Lütein geniş yayılmış karotinoid olub, xüsusən şüşəyəbənzər cisimdə, həmçinin mərkəzi sinir sistemində mövcuddur. Buna görə də bir sıra göz xəstəlikləri, həmçinin hamilələrdə kifayət qədər qəbulu vacibdir.

Bacillus coagulans bağırsaq mikrolorasına daxil olub, metabolik aktivliyi hesabına orqanizmin sağlamlığı üçün vacibdir, qəbul edilən qidalı maddələrin utilizasiyasını dəstəkləyərək, immun sistemin inkişafını və normal funksiyasını təmin edir. Preparatın tərkibindəki Bacillus coagulans təbii mikroinkapsulyasiyası sayəsində, mədədən bağırsağa keçir və bağırsaq ekosisteminin balansını tənzimləyir.

Bənövşəyi kapsul: Orqanizminsağlamlığını təmin etmək üçün vitaminlərə və minerallara lazımı miqdarda ehtiyacı var.

Fol turşusu genetik materialın ötürülməsinə kömək edir. Fol turşusu, həmçinin B12 vitamini ilə birlikdə eritrositlərin formalaşmasına kömək edir, homosisteinin səviyyəsini aşağı salır. Fol turşusunun qəbulu hamiləliyin gedişinə müsbət təsir göstərir: anadangəlmə qüsur riskini azaldır (xüsusən də sinir borusu ilə əlaqəli olan qüsurların). Eyni zamanda sağlam xromosom quruluşuna malik spermatozoidlərin əmələ gəlməsi, bir sıra ürək-damar sisitemi, dayaqhərəkət sistemi və dəri xəstəlikləri zamanı da fol turşusunun əhəmiyyəti böyükdür.

Vitamin kompleksi karbohidratların, lipidlərin və aminturşuların metabolizmi kimi bir sıra izioloji reaksiyalarda koenzim rolunu oynayır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

1 qırmızı və 1 bənövşəyi kapsul gündə 1 dəfə yeməkdən sonra istifadə olunur

GÖSTƏRİŞLƏR:

  • Hamiləlik və laktasiya dövrü hipovitaminozun müalicə və proilaktikası
  • Hamiləliyə hazırlıq dövrü hipovitaminozun müalicə və proilaktikası
  • Xəstəliklər fonunda avitaminoz və hipovitaminoz vəziyyət
  • Infeksion xəstəliklərdən sonra reabilitasiya dövru

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması: qırmızı kapsul №30; bənövşəyi kapsul №30

İstehsalçı: LJ Pharma – Italiya