TƏRKİBİ:
Vitamin B1 (tiamin) – 3.81 mq
Vitamin B2 (riboflavin) – 3,6 mq
Vitamin B3 (nikotinamid) – 40 mPq
Vitamin B6 (piridoksin) – 4.86 mq
Vitamin B7 (biotin) – 60 mkq
Vitamin B9 (fol turşusu) – 0,4 mq
Vitamin B5 (pantoten turşusu) – 15 mq
Vitamin B12 (sianokobalamin) – 5 mkq
Vitamin C (askorbin turşusu) – 100 mq
Vitamin A – 3300 BV
Vitamin D (erqokalsiferol) – 200 BV
Vitamin E (tokoferol) – 10 mq
FARMAKOLOJİ TƏSİRİ:
Vitamin B1 (tiamin) – fosforlaşma proseslərinin nəticəsində bir çox ferment reaksiyalarının kofermenti olan kokarboksilazaya çevrilir. Vitamin B1 sinapslardan sinir impulslarının ötürülməsində iştirak edir. Orqanizmin infeksiyalara qarşı mübarizə qabiliyyətini artırır.
Vitamin B2 (riboflavin) – toxuma tənəffüsünün və görmə həssaslığının katalizatorudur. Riboflavin hemoqlobinin sintezində, toxumaların regenerasiya prosesində iştirak edir.
Vitamin B3 (nikotinamid) – niasinin mənbəyi olub, bir çox reaksiyalarda koferment rolu oynayır. Nikotinamid lipid mübadiləsində və qlikogenolizdə vacib rol oynayır.
Vitamin B5 (pantoten turşusu) – koenzim A-nın əsasını təşkil edərək, asetilləşmə, karbohidrat və yağ mübadiləsi, asetilxolin, kortikosteroid, porfirin sintezində iştirak edir, dəri və selikli qişaların regenerasiyasını stimulə edir. Metabolik və zəif iltihab əleyhinə təsirə malikdir.
Vitamin B6 (piridoksin) – mərkəzi və periferik sinir sistemi üçün vacibdir.
Vitamin B7 (biotin) – yağ turşusu, lesitin metabolizmində, qlükoneogenez prosesində koferment rolunu oynayır.
Vitamin B9 (fol turşusu) – amin turşularının sintezində, xolin mübadiləsində, qanyaranma prossesində iştirak edir, dölə teratogen təsirlərin qarşısını alır.
Vitamin B12 (sianokobalamin) – nukleotidlərin sintezində, eritrositlərin və sinirlərin mielin qişasının formalaşmasında iştirak edir, fol turşusunun inkişafı üçün zəruridir.
Vitamin C (askorbin turşusu) – metabolik, antiaqreqant, antioksidant təsir göstərir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
Vitamin D – kalsiumun bağırsaqlardan sorulmasında iştirak edərək, sümük toxumasının inkişafı üçün vacibdir.
Vitamin A – antioksidant vitamin olmaqla, maddələr mübadiləsində vacib rol oynayır. Xüsusən görmə funksiyası üçün vacibdir.
Vitamin E – antioksidant vitamin olub, steroid maddələrin, o cümlədən cinsi hormonların sintezində iştirak edir.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
1 flakon MultiVita 10 ml inyeksiya üçün su və ya 5%-li qlükoza məhlulu ilə həll edilib, infuzion məhlullardan hər hansı birinə əlavə edilib, damcı ilə yavaş-yavaş gündə 1 dəfə venadaxili yeridilir.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Buraxılış forması: 5 ml-lik ağzı Flip-off (əlavə edilmiş plastmass qapalı alimünium əsaslı) tipli rezin tıxacla bağlanmış flakon№5
İstehsalçı: DAEHAN New Pharm – Cənubi Koreya