All You Need
In One Single
Theme.
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat
Search here:

Neo-Rectol

Rektal şam

TƏRKİBİ:

Çobanyastığı ekstraktı – 50 mq
Xanımotu kökü ekstraktı – 20 mq
Drok ekstraktı – 20 mq
At şabalıdının qabığı – 20 mq
Qazayağı kökümsovları – 20 mq
Boymadərən bitkisi – 20 mq
Benzokain – 100 mq

FARMAKOLOJİ TƏSİRİ:

Çobanyastığı çiçəkləri – epitelinin regenerasiya prosesini sürətləndirir. Tərkibində xamazulen olduğuna görə dezinfeksiyaedici və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Çobanyastığının tərkibində olan atropinəbənzər maddələr bağırsağın saya əzələləri boşaldaraq, qarın boşluğu orqanların spazmını aradan qaldırır, sakitləşdirici və ağrıkəsici effektlərinə malikdir.

Xanımotu kökü – ekstraktında atropin maddələr var, hansı ki mədə-bağırsaq traktının motorikasını tormozlayır və spazmolitik təsir edir.

Drok bitkisi – işlədici, ağrıkəsici və qansaxlayıcı təsirlərə malikdir.

At şabalıdı ekstraktının – tərkibindəeskulin və essin var, hansı ki, venoz damarların tonusunu artırır, kapilyarların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır. Güclü iltihabəleyhinə təsirə də malikdir. Essin qanın qatılığını azaldır və trombların əmələ gəlməsinin qaşısını alır.

Qazayağı kökümsovları – büzüşdü- rücü, bakterisid, iltihabəleyhinə və qansaxlayıcı təsirlərə malikdir.

Boymadərən otu – güclü qansaxlayıcı təsirlərə malikdir, çünki tərkibində olan maddələr heparinin miqdarını azaldır və qanın laxtalanmasını sürətləndirir.

Benzokain – güclü ağrıkəsici təsir göstərir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:

Böyüklər: düz bağırsağa axşamlar 1 şam yeridilməlidir. Ağır hallarda sutkada 2-3 şam istifadə olunur.

6 yaşdan yuxarı uşaqlara: axşamlar 1 şam istifadə olunur. Şam ağrı simptomları aradan qalxana qədər qəbul edilməlidir (7 gündən artıq olmamaq şərti ilə).

GÖSTƏRİŞLƏR:

  • Düz bağırsaq çatı
  • Babasil
  • Anorektal nahiyənin venalarındakı durğunluq

ƏKS GÖSTƏRİŞLƏR:

  • 6 yaşa qədər olan uşaqlar
  • Hamiləlik dövru

Buraxılış forması: rektal şam №12

İstehsalçı: Herbapol – Polşa